Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda Hərbi Qənimətlər Parkında olmaq Brayzanı ermənilərin gözündə düşmən elədi…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Bakıda Hərbi Qənimətlər Parkında olmaq Brayzanı ermənilərin gözündə düşmən elədi…

Bakıda Hərbi Qənimətlər Parkında olmaq Brayzanı ermənilərin gözündə düşmən elədi…


Fərəc Quliyev: “Ermənistan bu cür blefi ilə digər diplomatları oranı ziyarət etməkdən çəkindirməyə çalışır”

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyü Brayzanın Bakıda Hərbi Qənimətlər Parkını ziyarəti və ondan öncə dəfələrlə Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi Ermənistanda ona qarşı da nifrət dalğasının baş qaldırmasına səbəb olub.

Erməni mediasının yazdığına görə, "Mənim addımım" fraksiyasından olan deputat Ovannes Ovannesyan parlamentdəki çıxışında artıq “qara siyahı” tərtib etməyin vaxtı çatdığını bildirib. Erməni deputat “türkyönümlü siyasət yürütdüyünə görə” Brayzaya qarşı tədbir görülməsi barədə parlamentə müraciət edib: “Artıq Ermənistan XİN-in "qara siyahı" tərtib etmək haqda ciddi düşünməsinin vaxtı çatıb. Qoy, həmin siyasətçilər bizim tolerantlığımızın bir həddi olduğunu bilsinlər. Onların Ermənistana səfərlərinə qadağa qoymaq lazımdır. Brayzanın məsələsinə gəlincə, ABŞ Prezident administrasiyası bu məsələ ilə bağlı aydın mövqeyini bildirməlidir".

ABŞ-lı diplomatın Hərbi Qənimətlər Parkını ziyarət etməsi erməniləri niyə belə qəzəbləndirib?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, yaxşı bir göstərici oldu:

“Hərbi Qənimətlər Parkının açılışına etiraz edənlər, hətta ermənilərin boş qalan dəbilqələrini oradan yığışdırmağı tələb edən humanistlər də peyda olmuşdu. Görün ki, bu çox hədəfə dəyən addım olub. Ermənilər bundan çox ciddi şəkildə qıcıqlanırlar. Ağlağan bir millət obrazına girən ermənilər ölkələrinə səfər edən hər bir şəxsi saxta “soyqırım” abidəsini ziyarətə aparır. Biz isə artıq özümüzün qələbəmizi, gücümüzü nümayiş etdiririk. Bununla aramızdakı fərq aydın sezilir. ABŞ diplomatının oranı ziyarət etməsindən Ermənistan həm də presedent yaradacağı səbəbindən ehtiyat edir. Bundan sonra başqa diplomatlar da oranı ziyarət edəcək. Bunun da nəticəsində Ermənistan haqda bir təsəvvür formalaşacaq. Oradakı təəssürat yalnız Ermənistanın deyil, hətta onun müttəfiqlərinin daramadağın edilməsi ilə bağlı olacaq. Həmin parkda çox mətləblərə aydınlıq gətirilib. Orda kvotadan kənar silahlanma, bir çox müasir tipli silahları bizim sıradan çıxarmağımız nümayiş edilir. Bunların üzə çıxmasında onlar maraqlı deyil. Həmin müzeyi diplomatların ziyarət etməsi bu barədə təəssüratlarını hardasa paylaşması ilə nəticələnəcək. Ermənistan müharibənin bitmədiyini, Qarabağın statusunun həllinin vacibliyini dünyaya çatdırmaq istəyir. Həmin muzey həm də Ermənistanın kapitulyasiyasını tam sübut edir. Bunu əyani şəkildə nümayiş etdirə bilmişik. Ermənistan bu cür blefi ilə digər diplomatları oranı ziyarət etməkdən çəkindirməyə çalışır. Ancaq gecdir. Bununla nəyəsə nail ola bilməyəcəklər”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön