Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Yukiya Amano: “Hakerlər İranın nüvə proqramı ilə bağlı önəmli məlumatların heç birini oğurlamayıb”
Yukiya Amano: “Hakerlər İranın nüvə proqramı ilə bağlı önəmli məlumatların heç birini oğurlamayıb” |
“Hakerlər İranın nüvə proqramı ilə bağlı məlumatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəsmi saytından oğurlaya bilmədilər”. “Fars” xəbər agentliyinin məlumatına görə, bunu AEBA-nın icraçı direktoru Yukiya Amano agentliyin serverlərindən birinin haker hücumuna məruz qalmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hakerlər buna cəhd göstərsələr də, heç nə bacara bilməyiblər: “Mən bu hərəkətdən təəssüflənirəm. Agentliyin kompüteri bir neçə ay əvvəl haker hücumuna məruz qalıb. Hətta hakerlərin hücum etdikləri serverlər də bağlanmışdı. Lakin bir şeyi əminliklə söyləyə bilərəm ki, İranın nüvə proqramı ilə bağlı önəmli məlumatların heç biri oğurlanmayıb. Düzdür, biz bu məsələ ilə bağlı hər şeyi bilmirik. Amma bundan da əminik ki, AEBA ilə İran arasındakı razılaşma ilə bağlı məlumatlar oğurlanmayıb”. Y.Amano əlavə edib ki, dekabrın 13-də AEBA nümayəndə heyəti İrana səfər edəcək: “Səfərdə məqsəd İranın mübahisəli nüvə proqramının hərbi məqsəd daşıyıb-daşımaması ilə bağlı yaranmış suallara aydınlıq gətirməkdir”. Geri dön |