Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənistan və havadarlarına dərs: “Prezidentin mövqeyi siyasi partiyalar tərəfindən dəstəklənməlidir” - Partiya sədri
Ermənistan və havadarlarına dərs: “Prezidentin mövqeyi siyasi partiyalar tərəfindən dəstəklənməlidir” - Partiya sədri |
Prezident İlham Əliyev ötən gün AzTV-yə müsahibəsində cəmiyyət üçün qaranlıq qalan bütün məsələlərə birmənalı şəkildə aydınlıq gətirdi.
Ölkə başçısı post -müharibə dövründə görülən və görüləcək işlər, o cümlədən Azərbaycanın bu istiqamətdə apardığı daxili və xarici siyasəti, Ermənistana qarşı mövqe, ərazilərimizin bərpası və digər məsələlərlə bağlı konkret mövqeyini ifadə etdi. Cəmiyyəti düşündürən bir çox məsələlərə, o cümlədən Ermənistanın işğal zamanı Azərbaycana vurduğu maddi-mənəvi zərərlərə görə cəzlandırılmasına da aydınlıq gətirdi. Prezident qeyd etdi ki, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər işə cəlb olunub. “Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”,-deyə Prezident müsahibəsinə deyib. Bəllidir ki, təbii sərvətlərimizi tək Ermənistan deyil, həm də onun havadarları talayıb. Qarabağda qanunsuz fəaliyyət göstərən və müxtəlif ölkələrə aid yüzlərlə şirkət Ermənistan vasitəsilə Azərbaycanın təbii sərvətlərini talayıb. Prezidentin müsahibəsində bir daha aydın oldu ki, mövqeyi qətidir və Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadə etmiş bütün şirkətlər, onların məxsus olduğu ölkələr cəzalandırılacaq. Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, ölkə prezidentinin mövqeyi cəmiyyəti tamamilə qane edir: “Biz o mövqedə olmuşduq ki, Azərbaycan tərəfi sərt şəkildə hücum diplomatiyası həyata keçirməlidir. Biz çox ciddi dağıntılara məruz qalmış bir ölkəyik. Hətta azadlıq müharibəsi apardığımız 44 günlük Vətən savaşı da bizim öz ərazimizdə gedib. Düşmən bizim ərazilərimizdə olduğu üçün yenə də bizim ərazilərimiz dağıldı. Düşmən bizim torpaqlardan çıxanda da ekoloji zərər verdi, meşələri yandırdı, tikililəri dağıtdı, on minlərlə mina basdırdı. Bunlarla sərt dildə danışmaq bütün cəmiyyətin də istəyidir. Deyərdim ki, bu, sosial şifarişdir. Azərbaycan tərəfinin xətti elə bu olub. Ölkə Prezidentinin təşəbbüsü, sabiq deputat Xanhüseyn Kazımlının rəhbərliyi ilə bir komissiya yaranmışdı. O komissiya ölkəyə vurulan zərərin miqdarını hesablayırdı. O dönəm üçün 145 milyarda qədər zərərin ödənilməsi ilə bağlı artıq məhkəməyə müraciət edilirdi. Sadəcə olaraq o ərazilər hələlik bizdə olmadığından tam məlumatlı deyildik. Bu rəqəm indi daha çox böyüyüb. Yəni bu missiya əvvəldən başladılıb. Prezidentin yanaşması ardıcıl şəkildə ölkənin talanmış ərazilərinin tamamilə hesablanmasına nail olmaqdır. Prezident son çıxışında da bildirdi ki, beynəlxalq təşkilatlar bu prosesə cəlb olunub. Məqsəd odur ki, hesablamanı təkcə biz yox, həm də beynəlxalq təşkilatlar aparsın. Bu, çox mühüm məsələdir. Çünki sənədi beynəlxalq təşkilatlar adından vermək bizə xeyli üstünlük qazandıracaq”. Partiya “qılınc haqqı” deyilən bir məsələni xatırladıb: “Bizim ölkəyə daxil olublar, ərazilərimizi darmadağın ediblər, indi biz onları qovmuşuq. Hər kəs əlini-qolunu sallayıb getməli deyil. Bu dünyada bir pis presedent olar ki, istənilən ölkə başqa bir ölkəyə daxil olar, on illərlə oranı talayar, sonra da sakitcə çıxıb gedər. Ona görə də Ermənistan mütləq cəzalandırılmalıdır. Qarabağda daş-daş üstə qalmayıb, bütün mişar daşlarından tikilən binalar sökülüb satılıb, qapı-pəncərə, yeraltı, yerüstü sərvətlər dağıdılıb. Ölkə Prezidenti tərəfindən məsələnin belə qoyulması təkcə Azərbaycan üçün deyil, həm də bundan sonra aqressor dövlətlərin qarşısını almaq üçün profilaktik tədbirdir. Bunun beynəlxalq əhəmiyyəti var. Biz bunu ciddi şəkildə beynəlxalq səviyyədə ictimailləşdirməyi bacarmalıyıq. Prezident talanmış ərazilərimiz, mədənlərimiz və bu əməli edənlərin cəzalandırılması məsələsini də qaldırdı. Buna baxış da məhz belə olmalıdır”. Fərəc Quliyev hesab edir ki, Prezidentin ortaya qoyduğu mövqe bütün cəmiyyət tərəfindən qəbul olunub və siyasi partiyalar tərəfindən dəstəklənməlidir: “Doğrudur, Prezident tərəfindən ardıcıl xətt yürdülür, beynəlxalq ictimaiyyət məlumatlandırılır, diplomatlar həmin ərazilərə aparılır, amma biz də əlimizdən gələnləri etməliyik ki, ölkəmizin haqqı olan bu yanaşmanın reallaşması mümkün olasun. Əminəm ki, biz o birliyi nümayiş etdirməklə buna nail olacağıq. Dünyada bunun bənzərləri var. İraq Küveytə daxil olanda, təzminant ödətməklə bağlı məsələ qəbul olundu. Bu günə qədər İraq Küveytə təzminat ödəyir. Biz də Ermənistanı buna məcbur etməliyik və edəcəyik. Ölkə Prezidentinin son çıxışında Zəngəzurla bağlı xüsusi bir not var idi. Əgər onlar təzminatı bizə pul və ya başqa yolla ödəyə bilmirlərsə, torpaqla ödəmək imkanları var ki, bunu da biz gündəmə gətirə bilərik. Putin deyirdi ki, hansı ölkə SSRİ-yə hansı ərazilərlə daxil olubsa, onunla da çıxmalıdır. O zaman Azərbaycan SSRİ-yə daxil olanda Zəngəzur bizim olub, əlimizdə kifayət qədər hüquqi əsaslar var. Ona görə də düşünürəm ki, biz Prezidenti bu məsələdə də meydanda tək qoymamalıyıq. Bu məsələlərdə iqtidar-müxalifət yanaşması yoxdur və millət, dövlət olaraq ayağımızı möhkəm yerə qoyacağıqsa, mütləq nəticələrə nail olacağıq”. Vilayət Muxtar/Cebhe.info Geri dön |