Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koronavirus və iqlim dəyişikliyi Afrikada ərzaq problemini artırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Koronavirus və iqlim dəyişikliyi Afrikada ərzaq problemini artırıb

Koronavirus və iqlim dəyişikliyi Afrikada ərzaq problemini artırıb


Afrikada son on il ərzində aclıq və yoxsulluqla mübarizə istiqamətində əldə edilmiş böyük uğurlara baxmayaraq, hazırda ərzaq təhlükəsizliyi problemi kəskin şəkildə güclənib.

Ümumdünya Ərzaq Proqramı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qiymətləndirmələrinə görə, Afrikanın qaynar nöqtələrində 66 milyon insan kəskin qida çatışmazlığı ilə qarşılaşır.

Növbəti məhsul qıtlığı mövsümündə (iyun-avqust) Qərbi Afrikada (Burkina-Faso, Çad, Mali, Niger və Nigeriya) 23,6 milyon insanın ciddi aclıqla qarşılaşacağı gözlənilir. Kəskin qida çatışmazlığı problemi ilə üzləşən və təcili köməyə ehtiyacı olan 54,8 milyon insanın yaşadığı Şərqi və Mərkəzi Afrikada (Konqo Demokratik Respublikası, Efiopiya, Somali, Cənubi Sudan və Sudan) vəziyyət daha gərgindir.

Vəziyyətin gərginləşməsində iqlim dəyişikliyi də mühüm rol oynayır. Sudan, son 100 ildə dəhşətli daşqınlara məruz qalıb ki, bunun da nəticəsində 2020-ci ildə daha 3,5 milyon insan qida çatışmazlığı problemi ilə üzləşib. Şərqi Afrika ərazilərinin böyük hissəsi son onilliklərdə genişmiqyaslı çəyirtkə hücumlarına məruz qalıb.

COVID-19-la bağlı Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, Saharanın cənubunda yerləşən Afrika ölkələrinin iqtisadiyyatı 2020-ci ildə 3 faiz azalıb ki, bu da 25 il ərzində regionda baş vermiş ilk tənəzzül prosesidir. Bu, 2019-cu ildə afrikalıların yarısından çoxunun ifrat yoxsulluqdan xilas olması baxımından böyük uğursuzluqdur. Sərhədlərin bağlanması, qida təchizatının bloklanması nəticəsində iqtisadi aktivliyin sürətlə azalması iş yerlərinin, pul köçürmələrinin və ev təsərrüfatı gəlirlərinin itirilməsinə səbəb olub.

Hətta Nigeriya və Seneqal kimi nisbətən güclü iqtisadiyyata malik ölkələrdə ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin aşağı düşməsi milyonlarla ailə üçün sağlam qidaları əlçatmaz edir.

Geri dön