Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya Gənc Türk Yazarlar Birliyi qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Dünya Gənc Türk Yazarlar Birliyi qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb

Dünya Gənc Türk Yazarlar Birliyi qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb


Dünya Gənc Türk Yazarlar Birliyinin türk ölkə və topluluqlarından olan üzvləri ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb.

Bu barədə təşkilatın sədri, şair İntiqam Yaşar məlumat verib.

Bəyanatda deyilir: “Tarixin bütün dönəmlərində dövlət siyasətinin əsasını terror, dinc əhaliyə qarşı müharibə cinayətləri, soyqırımı aktları təşkil edən Ermənistan hər zaman təxribatlarla məşğul olub. Uzun illər ərzində fitnəkar Ermənistan və onlara havadarlıq edənlər Osmanlı dövlətində ermənilərə qarşı hansısa “soyqırımı” aktının həyata keçirildiyini sübut etməyə, tarixdə olmayan bir şeyi isbat edərək saxta tarix yaratmağa cəhd göstərib. Tarixi həqiqət isə ondan ibarətdir ki, XX əsrin əvvəllərində dünya müharibəsinin, aclıq-səfalətin tüğyan etdiyi səbəblərdən Osmanlı dövləti ərazisində yaşayan bütün xalqlar tələfat verib. Bu dönəmin ən çox insan itkisini elə türklər verib. Bu fakt isə müəyyən qüvvələrə sərf etmədiyindən həmişə sıradışı edilir. Kimsə bu məsələni müzakirə mövzusu belə hesab etmir. Bu isə tarixi faktları görməzdən gəlməkdən başqa bir şey deyildir.

Türkiyə dövlət səviyyəsində dəfələrlə tarixi arxivlərin açılmasına razı olduğunu bildirsə də, dünyada fitnə axtarışında maraqlı olan qüvvələrə bu sərf etməyib. Tarixi arxivlərin açılması məsələsi istiqamətində qətiyyətli addım atılmayıb. Bu isə özlüyündə onu deyir ki, məqsəd tarixi gerçəkliklər yox, Türkiyəyə qarşı çirkin kampaniyaların aparılmasıdır.

Tarixdə soyqırımı faktı axtarışında olanlar saxta tarix uydurmaçılığının bir parçası olmaqdansa, 1918-ci ildə Azərbaycan türklərinə qarşı törədilmiş 31 mart soyqırımına, 1992-ci ildə Azərbaycanın tarixi şəhəri Xocalıda törədilmiş Xocalı soyqırımına diqqət etsinlər, ədalətli yanaşma sərgiləsinlər.

Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və məkrli siyasətin nümunəsi olan ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Tarixi faktlara söykənməyən, məqsədi Türkiyəyə qarşı qara kampaniya olan bu kimi addımlar bütün dünyada sülhə, dəyərlərə, tarixi ədalətə təhdiddir”.

Qeyd edək ki, bəyanat Dünya Gənc Türk Yazarlar Birliyinin türk ölkə və topluluqlarından olan 20-də çox üzvü tərəfindən imzalanıb.

Geri dön