Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan mətbuatı Azərbaycan siyasi partiyalarının ABŞ prezidentinin bəyanatına kəskin etirazından yazır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Gürcüstan mətbuatı Azərbaycan siyasi partiyalarının ABŞ prezidentinin bəyanatına kəskin etirazından yazır

Gürcüstan mətbuatı Azərbaycan siyasi partiyalarının ABŞ prezidentinin bəyanatına kəskin etirazından yazır


Gürcüstanın aparıcı report.ge, İnterpress.ge, gaxa.ge, marneulifm.ge və 24news.ge informasiya portalları Azərbaycanın siyasi partiyalarının ABŞ prezidenti Baydenin bəyanatına kəskin etirazı barədə material yazıb.

Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda ABŞ prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı fikirləri kəskin tənqid edilir.

Report.ge informasiya portalı, eyni zamanda, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Baydenə etirazını yayıb.

Siyasi partiyaların və QHT-lərin etiraz bəyanatlarında bildirilir ki, tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.

Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.

Geri dön