Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda seçkilər:Nə etməliyik?-Əkbər Azad və Həsən Raşididən ÇAĞIRIŞ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda seçkilər:Nə etməliyik?-Əkbər Azad və Həsən Raşididən ÇAĞIRIŞ

Qərbi Azərbaycanda seçkilər:Nə etməliyik?-Əkbər Azad və Həsən Raşididən ÇAĞIRIŞ


Güney Azərbaycanın tanınmış ziyalıları və milli fəallarının seçkilərlə bağlı fikirlərini təqdim edirik:

"Qərbi Azərbaycanda şəhər şuarlarına seçkilərində vəzifəmiz nədir və biz nə etməliyik?

Seçkilərin vaxtı yaxınlaşır. Bu seçkilərilə bağlı Qərbi Azərbaycanın bəzi şəhərlərində, o cümlədən Sayınqala (Şahindej), Sulduz (Nəqədə), Tikantəpə (Tikab), özəlliklə Urmuda xüsusi bir durum hakimdir.

Bunun əsas səbəbi də özünü kürd xalqına mənsub bilən terrorçu qüvvələrin çirkin niyyətləridir.

Urmu Qərbi Azərbaycanın ən önəmli, tanınmış, tarixi və əski şəhərlərindən biridir.



Urmu şəhərində yaşayan yerli əhalinin əzici çoxunluğunu ən qədim zamanlardan türklər təşkil etdiyi halda, burada asuri, erməni, kürd və s. azlıqlar da türklərlə yanaşı yaşayırlar.

Urmunun türk əhalisi hər zaman bu azınlıqlara qucağını açmış, onlara mühribanlıqla yanaşıb və təhlükəsizliklərini qorumuşlar.



Ancaq özlərini kürd xalqına mənsub bilən terrorist qüvvələr, çalışırlar ki Qərbi Azərbaycanda, özəlliklə Urmu şəhərində şəhər şurası seçkilərində bir sıra kobud hərəkətlərə əl ataraq Urmu, Sulduz, Sayınqala və Tikantəpəni türk şəhərləri kimi yox, başqa etniklərin şəhərləri kimi təbliğ etsinlər!



Bu faktorları nəzərə alaraq bütün türk milli fəallardan istəyirik ki, arada ehtimal edilən dağınıqlıq və neçə tirəliyə son qoyub, tam iradə, inam və hazırlıqla, birliklərini qorusunlar, əhalinin rəylərinin (səslərinin) parçalanmasına yol verməsinlər və pis niyyətli terrorçu qüvvələrin arzularını boşa çıxarmaq üçün bütün şəxsi və qrup maraqlarını kənara qoysunlar, vətən naminə və milli mənafe naminə birləşsinlər.

Şəhər şurası seçkilərində aday olanlardan yalnız bir siyahı təqdim edilsin, bütün qüvvələri ilə o siyahıdakı namizədləri dəstəkləməyə, şəhər əhalisinin onlara rəy vermələrinə çalışsınlar".



Sayğılarla: Əkbər Azad, Həsən Raşidi

Geri dön