Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > İran rəsmisi: “Heç bir ölkədə ermənilərə İrandakı qədər yüksək status verilmir”
İran rəsmisi: “Heç bir ölkədə ermənilərə İrandakı qədər yüksək status verilmir” |
İranın Ermənistandakı səfirliyinin müşaviri Həmid Muradxani Panorama.am saytına müsahibə verib:
- İran İslam Respublikası ərazisində hansı erməni abidələri var? - İran xalqı İran erməniləri və ümumilikdə erməni xalqı ilə sıx münasibətdədir. Biz həmişə İran ermənilərinə İran xalqının bir hissəsi kimi baxmışıq. İranda yaşayan milli azlıqlar, xüsusilə də ermənilərin müsəlmanlar kimi bütün hüquqları var. Bütünlüklə İran tarixində ermənilərə yaxşı münasibət göstərilib. Bu İranın ali qanunu olan Konstitusiyada (anayasa) da əksini tapıb. İrandakı ən mühüm erməni abidələri kilsələrdir. Gülüstan sarayında, eləcə də milli arxivdə saxlanan mənbələr göstərir ki, kilsələr əsasən 12-19-cu əsrlərdə tikilib. Salmas şəhərində 30-a yaxın məbəd var. Belə abidələrin 15 –i Tehranda, 30-u Urmiyədə, 13-ü İsfahanda, 7-si Xoyda, 10-u Təbrizdə, 10-u Araz çayı sahilində, 4-ü Maku yaxınlığındadır. Bütün bu məbədlər İrandakı 213 erməni kilsəsinin bir hissəsidir. - Bu abidələri kim qoruyur və bərpa edir - dövlət, yoxsa İran erməniləri? - Erməni mərkəzləri və abidələr İranın erməni icmasının istifadəsindədir. Ancaq onların qorunması İran hökumətinin vəzifəsidir. İran parlamenti ötən il bütün müqəddəs məkanlar, o cümlədə də kilsə və məscidləri kommunal (qazç su ve … kimi ümumi xərclər) ödənişlərdən azad edən qanun qəbul etdi. Bu özlüyündə İran hökumətinin erməni abidələrinə münasibətinin göstəricisidir. Əlbəttə İrandakı imkanlı erməni icması bu məsələnin həllində kömək edir. - Hazırda İrandakı erməni abidələri hansı vəziyyətdədir? - Beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO, İranın dövlət nümayəndələri, incəsənət xadimləri bu fikirdədir ki, İrandakı erməni abidələri yaxşı vəziyyətdədir. Bu abidələr İran ərazisində yerləşir və dini etiqad azadlığının göstəricisidir. İranda ən azı 200 erməni kilsəsi var, onlardan bəziləri olduqca qədim tarixə malikdir. Hətta bəzi mütəxəssislər belə hesab edir ki, bu kilsələr xristianlığın (məsihi) dünyada qəbul edildiyi ilk illərə təsadüf edir. İran erməni abidələrinə milli miras kimi yanaşır, ermənilər İranda ən böyük dini azlıqdır. - İslam ölkələrində erməni abidələrinə münasibət necədir? - İslam mərhəmət, səmimiyyət dinidir. Müsəlmanların ermənilərə və xristianlara münasibəti həmişə dostluq və tolerantlıq (xöşgörü) üzərində qurulub. Bunun ən yaxşı nümunəsi İran, daha sonra Suriya və Livandır(Lübnan). İslam ölkələrində ermənilər hörmətlə qarşılanır. Buna ən yaxşı misal Dəməşq və Aleppodakı kilsələr, həmçinin Livan paytaxtı Beyrutdakı kilsədir. Mərakeş və Tunisdə də tarixi erməni abidələri dini miras kimi qəbul edilir. Ancaq dünyanın heç bir ölkəsində ermənilərə İran qədər yüksək ictimai status verilmir. İslam dövlətlərinin buna münasibəti isə birmənalı deyil . Geri dön |