Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > IRAN DA AZƏRBAYCAN TÜRKLƏRİNƏ UYQULANAN BİR SOYQIRIM TİPOLOJİSİNİN İRDƏLƏNMƏSİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > IRAN DA AZƏRBAYCAN TÜRKLƏRİNƏ UYQULANAN BİR SOYQIRIM TİPOLOJİSİNİN İRDƏLƏNMƏSİ

IRAN DA AZƏRBAYCAN TÜRKLƏRİNƏ UYQULANAN BİR SOYQIRIM TİPOLOJİSİNİN İRDƏLƏNMƏSİ


Soyqırım ,Yunanca genos(ırq) və Latincə cide(öldürmə) sözlərindən oluşan "Irq qətliami" anlamına gəlir. “Genocide” bir etnik vəya dini azınlığı sistemli bir şəkildə yoxedilməsini ehtiva edir (içərir).

Soyqırıma siyasi-ictimai yasaqlar, mədəni və dini təxribatlar, iqtisadi zəyıflətmə və nəhayət kütləvi öldürmə operasiyonlari kimi əməllər daxildir.

Soyqırım ırqi, canlı növünü ,siyasi baxışı, dini, ictimai durumu, və ya başqa hər hansı bir fərqləndirici özəllikləri ilə başqalarından seçilən bir topluluq vəya topluluqların fərdlərinin məhv edilməsi istiqamətində önəmli sayıda və düzənli biçimdə aradan aparılmalarıdır.

soyqırımın tanıtımı mövzusunda çalışan akdemiklər arasında dəyişim göstərsədə, 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı soyqırım suçunun qarşısının alınması və cəzalandırması sözləşməsində ,hüquqi bir tərif verilmişdir.

Sözləşmənin 2-ci maddəsi soyqırım "milli, etnik, ırqi və dini bir qrupun hamısının və ya bir qisminin məhv edilməsi niyyəti ilə göstərilən təşəbbüs aşağıdakı kimi təsnifləndirilir:

-Qurup üzvlərinin öldürməsi

- Qurup üzvlərinə ciddi fiziki və zehi-psixi zərər verilməsi

-Qurupun hamısının və ya bir qisminin fiziki məhv edilməsi üçün onların həyat şərayitinin məqsədyönlü şəkildə dəyişdirilməsi.

- Qurup içində doğumların qarşısını alacaq metodların tətbiq edilməsi, körpə vəya uşaqların zorla bir qrupdan alınıb başqasına verilməsi.

Bu anlaşma ilə aşağıdakı beş kateqoriyaya girən milli, etnik, ırqi vəya dini bir qrupun qismən vəya tamamilə məhv edilməsi məqsədiylı həyata keçirilən tədbirlər soyqırım ünsürü kimi tərif edilməkdədir.

Soyqırım tipolojisini ayırd etmək üçün mədəni, iqtisadi və kütləvi məhv etməniməsələsini incələmək lazimdir. Özəlliklə 1925-ci ildən bu günə kimi Iran siyasi sistemində, etnik quruplara qarşı tətbiq edilən bu tipli soyqırım hərəktləri davamlı olaraq həyata keçirilmiş və keçirilməkdədir.



Mədəni soyqırım

1925-ci ildə Rza şahın iqtidara gəlməsi ilə qurulan millət- dövlət projesində iranlılıq kimliyinin Fars milliyətçilyi ilə eyniləşdirilməsi,başqa etnik qurupları, tək dövlət, tək millət halına gətirmək cəhdi, İranlılıq kimliyinin qalib kimlik halına gəlməsi, başda Azərbaycan Türklər olmaqla şərtilə İranda yaşayan qeyri-fars millətləri asimilasiya etmə siyasəti mədəni soyqırımın başlanqıc nöqtəsi sayıla bilər.

Azərbaycan Türkləri Rza şahın vasitəsilə 1925-ci ildə qurulan millət- dövlət projəsinin qurpanı olublar. Bu gündə rejimin dəyişməsindən və mahiyyətindən asılı ,şah dönəmində həyata keçirilən mədəni soyqırım siyasəti Xomeyni dönəmində və ondan sonrakı dövrdə də davam etdirilməkdədir. Ana dilində təhsilin yasaqlanması, o dönəmdə ana dilində danışanların cəzalandırılması, Azərbaycanın milli musiqisinin yasaqlanması, 26 Azər 1946-cı ildə Azərbaycan türkcəsində olan kitabların yandırılması və başqa bu kimi əməlləri missal göstərmək olar.

Bu tip mədəni soyqırımların xüsusiyyəti heç bir şiddətə, qabarıq zorakılığa ehtiyac olmadan bir etnik qurupun başqa bir etnik qurup içində əridilməsinə nail olmaqdır. Genosidin məqsədi etnik qurupların öldürülmədən buxarlaşması deməkdir. Ümumiyyətlə zorunlu(icbari) asimilasiyon anlamına gələn bu özəl fenomen, özünü çeşidli dəyişimlərdə bəlli edir.

Məzlum qurupun kimliyinin basqıcı qurup tərəfindən zorla mənimsənməsi, dil yasağı, uşaqların məktəblərdə zorla basqıcı qurupun mədəniyyəti ilə tərbiyə edilməsi mədəni genosiddir.



Ekonomik soyqırım

Bu genosid növünün ən xarakterik özəlliyi ekonomik mənafeyin insanları məhv etmə prosesində bəlirləyici bir rol oynamasıdır. Məqsəd isə bəlli bir bölgənin təbii qaynaqlarından və xam mallarından istifadə etmək, və dövlətin mülkiyətinə keçirməkdir, mərkəzə bağlamaqdır. Bu məzmunda Güney Azərbaycan bölgəsindən çıxarılan xam malların fars bölgələrinə daşınması ekonomik sahədə Güney Azərbaycan əyalətlərinın başqa əyalətlərə görə işsizlik səviyyəsinin artması, bundan irəli gələn yoxsulluq, İranın illərə görə gəlir paylaşımının bərabər şəkildə paylanmaması, önəmli zavod, fabric və iqtisadi müəssisələrin fars bölgələrində inşa edilməsi, bölgədə yaşayn insanların işsizlik dən dolayı məcburi şəkildə fars bölgələrinə köçmələri fars rasisitlərinin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri ekonomik soyqırım siyasətinin göstəricisidir. Başqa bir sözlə, Güney Azərbaycan bölgəsi yoxsul halda saxlanırsa iqtisadi baxımdan mərkəzi hakimiyyətə bağlığını və vəfadarlığını göstərəcək və beləliklədə merkəzdən ayrılma istəklərini unudacaqdır.



Kütləvi məhv etmə

Bu tip soyqırımda yetərincə dirəniş göstərə bilməyən qurup qarşı tərəfdən ağır zərbələr alır. İntiqam məqsədli soyqırımlarda (qətliamlarda) şiddət dərəcəsi olduqça yüksəkdir. 1945-1946-cı illərdə qurulan Milli Hökumət dönəminə baxsaq Tehran rejimin Azərbaycan türklərinə qarşı intiqam istəyini, Milli Hökümətin süqutundan sonra Tehran rejiminin Güney Azərbaycan bölgəsini işqal etmək ilə bərabər təxminən 25 min insanın öldürülməsi, minlərlə insanın sürgün edilməsi, Azərbaycan türklərinə qarşı həyata keçirilən intiqam soyqırımıdır.



Sonuç:

İranda Azərbaycan Türklərinin nüfüs baxımından çoxunluqda olmalarına baxmayaraq, Rza şahın iqtidara gəlməsindən sonra,başlayan və günümüzə qədər dəvaam edən siyasi, ictimai, mədəni və iqtisadi istiqamətlərdə anti Azərbaycan siyasətlərinə məruz qalmışdırlar.

Fars millətinin arı ırqından olması düşüncəsindın yola çıxaraq başda azərbaycan türkləri olmaqla, ölkədə fars olmayan başqa etnik quruplara qarşı uyğulanan bu qeyri- insani siyasət ilədə kifayətlənməyiblər. Hazırda eyni siyasət daha fərqlı və təhlükəli şəkildə davam etdirilməkdədir.

İran rejimi və Fars milliyətçilərin gerçək simasi Azərbaycan türklərinə bəlli olsa da görünürki bu rasistlik siyasətinin son dalğalarınıda Urmu gölünü qurutmaqla Azərbaycan türklərinə qarşı daha geniş bir soyqırımı uyğulamaq niyyətindədirlər. Urmu gölünün qurudulmasi ilə bərabər bölgə də baş verəcək fəlakət ,Azərbaycan ərazilərinin məhv olması,insanların məcburi miqrasiyası, Azərbaycan türklərinin iqtisadi baxımdan milyardlarla dollar zərərə məruz qalması və habelə salıq açısından minlərlə insan hayatı söz qonusudur.



Bütün bu olanlara baxdığımız zaman İran rejimin məqsədinin bir millətitamamilə yox edib başqa bir millət yaratmaq cəhdi görünür. İran rejiminin bu əməli həm beynəlxalq hüquq normalarına və həmdə Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə soyqırım cinayətinin qarşısının alınması və cəzalandırma bəyannaməsinin pozulduğu üçün, bu əməl soyqırım və beynəlxalq insanlıq cinayəti kimi tanımlanmalıdır.
Şahin Xiyavlı

Geri dön