Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Saatlıda bostan sahəsi damcı suvarma üsulu ilə becəriləcək - 50 sot sahəyə verilən su ilə indi 5 hektarlıq sahə suvarılacaq
Saatlıda bostan sahəsi damcı suvarma üsulu ilə becəriləcək - 50 sot sahəyə verilən su ilə indi 5 hektarlıq sahə suvarılacaq |
Saatlıda qarpız əkinində yenilik edilib. İlk dəfə olaraq bostan damcı suvarma üsulu ilə becəriləcək. Artıq suvarma sistemi çəkilib, şitillər sahələrə köçürülür.
Saatlı rayonundan olan fermer bostan əkinində yenilik edərək ilk dəfə qarpız şitillərinin suvarılmasını damcı suvarma sistemi ilə həyata keçirəcək. Məqsəd suya qənaət etməklə daha bol məhsul götürməkdir. Rayonun Naharlı kəndindən olan Mirnamiq Ağayev söyləyir ki, uzun illərdir bostançılıqla məşğuldur: “Əkinçilikdə intensiv və innovativ üsullardan istifadə zəruridir. Elə bu məqsədlə təsərrüfatda beş hektar ərazidə damcı suvarma üsulu ilə qarpız becəriləcək. Artıq sahədə suvarma sistemi tam çəkilib. Hibrid sort qarpızın şitilləri sahələrə köçürülür. Hər hektara isə 90 ton olmaqla, ümumilikdə, 500 tona yaxın məhsul yığılması planlaşdırılıb”. Sahədə yeni suvarma üsulu tətbiq olunduğuna görə, şitil sayı da ənənəvi qaydadan fərqli olaraq iki dəfə artıq, yəni hər hektara 7 min ədəd əkilir. Bu da bol məhsul götürməyə imkan verəcək. Damcı suvarma üsulunun sistemi suya qənaətlə yanaşı, digər üstünlüklərə də malikdir. Yeni suvarma üsulunda su birbaşa qarpız tağlarına ötürüldüyü üçün alaq otları da inkişafdan qalır. Həmçinin tağın böyümə müddətinə görə suya tələbat da damcı suvarma sistemi ilə tənzimlənə bilir. Fermer Ələsgər Əhmədov deyir ki, damcı suvarma üsulu suya 10 dəfə qənaət etməyə imkan verir. “Əvvəllər adi qaydada 50 sot sahəyə verdiyimiz su ilə indi 5 hektarlıq sahəni suvaracağıq. Damcı suvarma sistemi tərəvəz bitkilərinin becərilməsində əlverişli olduğu kimi, bostançılıqda da faydalı hesab edilir. Bu sistem həm də bitkinin lazım olan səviyyədə su içməsinə imkan verir. Sistem mühərriklə idarə olunduğu üçün suyun ötürülməsi də nizamlanır. Bu minvalla bitki nə artıq, nə də az su içir. Həmçinin bitkinin becərilməsi üçün lazım olan gübrələri damcı suvarma sistemi ilə bitkilərə ötürmək olur. Əkilən qarpız isə 2 aya yetişir”, - deyə o qeyd edib. Geri dön |