Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistanda ötən gün COVID-19 virusuna 379 min yoluxma qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Hindistanda ötən gün COVID-19 virusuna 379 min yoluxma qeydə alınıb

Hindistanda ötən gün COVID-19 virusuna 379 min yoluxma qeydə alınıb


Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 379 min yoluxma, virus səbəbindən 3645 ölüm qeydə alınıb. Hindistan bununla dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu yeniləyib. Ardıcıl 8 sutkadır ki, yoluxma sayı 300 mindən çoxdur.

Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün qeydə alınan ölüm sayı pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olub.

Qeyd edək ki, pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 18 milyon 376 min yoluxma, 204 min 832 ölüm qeydə alınıb. Hazırda ölkədə 3 milyondan çox aktiv koronavirus xəstəsi var.

Mütəxəssislər son günlər Hindistanda COVID-19 infeksiyasına yoluxmaların sayının getdikcə artmasını virusun ikiqat mutasiyasının ölkədə sürətlə yayılması ilə bağlı olduğunu bildirirlər. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un Hindistanda aşkarlanan variantının (B.1.617) yoluxuculuq qabiliyyətinin daha yüksək və ölümcül olduğunu açıqlayıb. Bundan başqa, o, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir

Geri dön