Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran türk dünyasına qarşı hücumlara meydan verir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > İran türk dünyasına qarşı hücumlara meydan verir

İran türk dünyasına qarşı hücumlara meydan verir


"XİN İranda keçirilən qondarma soyqırım tədbirlərinə sərt etirazını bildirməlidir"

Fərəc Quliyev: " Həqiqi soyqırım mərasimləri təşkil etmək istəyirlərsə, türklərə qarşı həyata keçirilmiş qətliamları ansınlar"

İranda qondarma “erməni soyqırımı”nın 106-cı “ildönümü”nün keçirilməsinə şərait yaradılıb. Tədbirlərdə erməni baş yepiskop Sepuh Sarkisyanla yanaşı, Ermənistanın İrandakı səfiri və ölkə rəsmiləri də iştirak ediblər. Qondarma tədbirin plakatlarının üzərində isə Azərbaycanın, Şuşanın, Qazançı kilsəsinin rəsmləri də təsvir olunub. Tədbiri əks etdirən video və fotolar sosial şəbəkələrdə yayılıb. Sözün qısası, 30 milyondan çox azərbaycanlının yaşadığı, Türkiyə ilə birlikdə özünü islam dünyasının “liderlərindən” biri hesab edən İranda ermənilər sərbəst şəkildə Ankara və Bakıya qarşı təxribat törədiblər. Lakin Vətən müharibəsi günlərində minlərlə azərbaycanlının “Qarabağa dəstək” aksiyalarının qarşısını amansızlıqla alan Tehran hökuməti, nədənsə, ermənilərə münasibətdə “humanizm” mövqeyini tutub.
Heç kimə sirr deyil ki, Azərbaycanın işğalçıya qarşı tətbiq etdiyi blokadanın yarılmasında, istərsə də 44 günlük savaş dövründə İran hər zaman Ermənistan üçün nəfəslik rolunu oynayıb. Azərbaycan və Türkiyənin əl-ələ verməsi ilə blokadaya salınan Ermənistan uzun illər yalnız İranın dəstəyi nəticəsində ayaqda durmağı bacarıb. Üstəlik, İrandan təkcə Ermənistana deyil, Qarabağa da yanacaq, ərzaq daşınıb. Sadalanan faktlar İranın Azərbaycana və azərbaycanlılara qarşı qərəzli mövqeyini ortaya qoyur.

İranın mövqeyi ilə bağlı “Şərq”ə danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev deyib ki, Tehran heç vaxt Azərbaycana münasibətini dəyişməyib. Partiya rəhbəri bildirib ki, İranın bir məsələdə köklü siyasəti var:

“Cənub qonşumuz Azərbaycanın zəif qalmasında, güclənməməsində maraqlıdır. Belə olmasaydı, ölkəmizə qarşı addımlar atmazdı. 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana birinci dəfə 400 ton, ikinci dəfə 500 ton silah-sursat daşındı. Bu texnikaların hamısı İran ərazisindən keçirilərək, M2 yoluyla ermənilərə çatdırıldı.

O cümlədən düşmənin texnikaları üçün yanacaq aparıldı. Digər qonşumuz Gürcüstan hava sərhədlərini bağlayaraq ermənilərə silah daşınmasına imkan yaratmadı. İran Birinci Qarabağ müharibəsində də Azərbaycana yox, işğalçı Ermənistana dəstək verdi. İşğal olunmuş rayonlarımızın talanmasında birmənalı şəkildə iştirak etdi. Söküntülərdə birbaşa fəallıq nümayiş etdirdi. İslam alimlərinin fətvasına görə, qəsb edilmiş torpaqlarda dəstamaz almaq, ibadət etmək günahdır.

Bəs müsəlman İranın düşmənin işğal etdiyi Azərbaycan torpaqlarında nə işi var idi? Əgər Tehran hökuməti ümmətçilik ideologiyasından çıxış edirsə, islam birliyindən danışırsa, Fələstində və başqa yerlərdə müsəlmanlara qahmar çıxırsa, niyə öz qonşuluğundakı müsəlman azərbaycanlılara fərqli münasibət sərgiləyir? İndi də qondarma erməni “soyqırımı”ına həsr olunmuş tədbirlər keçirirlər”.

F.Quliyev vurğulayıb ki, ermənilər Güney Azərbaycanda da soyqırımlar, qətliamlar törədiblər, on minlərlə günahsız insanı qətlə yetiriblər:

“Həqiqi soyqırım mərasimləri təşkil etmək istəyirlərsə, türklərə qarşı həyata keçirilmiş qətliamları ansınlar. Görünən odur ki, İran və Ermənistanın bu məsələlərdə fikirləri üst-üstə düşür. Tehran rejimi də tarix boyu türklərə qarşı qətliamlar, repressiyalar törədib. Ona görə də bir-birinə bəraət qazandırmağa çalışırlar. Çox yanlış siyasətdir. 2010-cu il parlamentdə ilk çıxışım ondan ibarət idi ki, Türkmənçay müqaviləsinin qüvvədən düşməsini tanımaq lazımdır. Bununla İrəvan xanlığının taleyi ilə bağlı sualları gündəmə gətirə bilərdik. Həm də İran mollalarının bizə qarşı ərazi iddialarının qarşısını almış olardıq. Adekvat davranmaq lazımdır.

Güney Azərbaycanın azadlıq hərəkatına dəstəyimizi artırmalıyıq. Başa düşürəm, hakimiyyət protokol qaydasına görə, bəzi məqamlara açıq toxuna bilmir. Amma ən azından siyasi partiyalar, QHT-lər, media bu məsələdə kəskin mövqeyini ortaya qoymalıdır. Azərbaycan XİN İranda keçirilən qondarma “soyqırım” tədbirlərinə sərt etirazını bildirməlidir.

Tehran bir tərəfdən bizimlə qonşuluq münasibətlərini inkişaf etdirmək barədə danışıqlar aparır, digər yandan türk dünyasına qarşı hücumlara meydan verir. Bir müddət öncə Türkiyə generalı demişdi ki, İran öz ərazisindəki PKK terrorçuları ilə mübarizə aparmalıdır. Bildirmişdi ki, əgər Tehran hökuməti bunu bacarmırsa, türk ordusu İran ərazisinə daxil olaraq terrorçuları zərərsizləşdirməyə qadirdir. Güney Azərbaycanda yaşayan 40 milyona yaxın soydaşımız da Tehran hökumətinin bu addımına etiraz səsini qaldırmalıdır”.

İsmayıl Qocayev/sherg.az

Geri dön