Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Mayın 9-da parad olsa, Rusiya sülhməramlıları Azərbaycandan çıxmalıdır” – Partiya sədrlərindən açıqlama
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Mayın 9-da parad olsa, Rusiya sülhməramlıları Azərbaycandan çıxmalıdır” – Partiya sədrlərindən açıqlama

“Mayın 9-da parad olsa, Rusiya sülhməramlıları Azərbaycandan çıxmalıdır” – Partiya sədrlərindən açıqlama


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə hesab edir ki, Rusiya sülhməramlıları çərçivəni çoxdan aşıblar və çoxdan Azərbaycanı tərk etməli idilər:

"Bağlanmış protokolda açıq şəkildə göstərilib ki, Rusiya sülhməramlılarının əraziyə daxil olması ilə paralel olaraq erməni silahlıları ərazini tərk etməliydilər. Amma bu günə qədər ona əməl edilməyib. Digər tərəfdən, Xankəndindən, Xocalıdan qovulmuş soydaşlarımızın həmin ərazilərə qaytarılmasını da təmin etməyiblər. Sonrakı davranışları da göstərir ki, rus sülhməramlıları sülhməramlı missiyadan başqa ərazidə hər şeylə məşğuldurlar. Separatçıların rəhbərlərilə görüş keçirir, onların "strukturları” ilə əməkdaşlıq edirlər”.

Partiya rəhbəri qeyd etdi ki, heç bir dövlət başqa dövlətin ərazisində hərbi parad keçirə bilməz, bu güc nümayişidir: "Azərbaycan onlara xəbərdarlıq etməlidir. Paradı gedib, Moskvada keçirsinlər. Rus qüvvələr çoxdan ərazimizdən çıxmalı idilər. Amma parad keçirsələr, bu da onların növbəti özbaşınalığı olacaq”.

Elçin/sfera.az

Geri dön