Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Nepalda COVID-19 infeksiyasına gündəlik ən çox yoluxma qeydə alınıb
Nepalda COVID-19 infeksiyasına gündəlik ən çox yoluxma qeydə alınıb |
Nepalda COVID-19 yayılmağa başlayandan bəri sutkalıq ən çox yoluxma faktı ötən gün qeydə alınıb.
Nepalın Səhiyyə və Əhali Nazirliyi ötən sutka ərzində 7 min 211 nəfərin COVID-19 infeksiyasına yoluxduğunu aşkarlayıb. İlk dəfədir ki, sutkalıq yoluxma sayı 7 mini ötüb. Heç gündəlik yoluxma sayı indiyədək 6 mini də ötməyib. Mart ayının ilk yarısında Nepalda gündəlik yoluxma sayı 100-dən az olub. Amma aprel ayından etibarən bu göstərici sürətlə çoxalır, son həftədə isə 2 dəfə artıb. Mütəxəssislər hazırda Nepalda pandemiyanın 2-ci dalğasının müşahidə olunduğunu bildirirlər. Nepalın Səhiyyə və Əhali Nazirliyi yeni dalğanın daha təhlükəli və ölümcül olduğunu, əvvəlki dalğa ilə müqayisədə xəstəliyi ağır keçirənlərin say nisbətinin çoxaldığını bildirib. Virusun yayılmasını nəzarət altına almaq üçün paytaxt Katmandu və ətrafında 2 həftəlik qapanma elan edilib. Bundan başqa, bütün daxili uçuşlar, habelə COVID-19 böhranı müşahidə olunan qonşu Hindistanla birbaşa beynəlxalq uçuşlar dayandırılıb. Tibbi işçisi çatışmazlığını həll etmək üçün tibb təhsil müəssisələrinin rəhbərliyinə tələbələrin təcili pandemiya ilə mübarizəyə cəlb olunması barədə göstəriş verilib. Qeyd edək ki, Nepalda indiyədək koronavirusa 336 mindən çox yoluxma, 3325 ölüm qeydə alınıb. Geri dön |