Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycan Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Azərbaycan Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir |
Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kollegiya iclasında Prezident İlham Əliyevin dövlət başçısı kimi 17 illik fəaliyyətinin ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin hərtərəfli inkişafını, xalqımızın böyük qələbəsini təmin etdiyi vurğulanıb. Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısının müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu illər ərzində respublikamızın iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmləndiyini və regionun lider ölkəsinə çevrildiyini, Vətən müharibəsində Azərbaycan Ordusunun dövlətimizin gücünü, hərb tarixinə düşən və öyrənilən nadir əməliyyatları ilə dünyanın ən güclü 50 ordusundan biri olduğunu nümayiş etdirdiyini vurğulayıb. Nazir bildirib ki, işğaldan azad olunmuş doğma torpaqlarımız Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçəlir. Çoxşaxəli islahatlara dəyərli töhfələr verən respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr reallaşdırılır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan ən şanlı dövrünü yaşayır. Nüfuzlu beynəlxalq reytinq təşkilatlarının verdiyi yüksək qiymət – ölkəmizin davamlı olaraq 10 ən islahatçı dövlətlərdən olması, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdə qərarlaşması respublikamızın hərtərəfli və davamlı inkişafının əyani təzahürüdür. Bununla əlaqədar sosial-iqtisadi tərəqqiyə, əhalinin rifahına xidmət edən uzunmüddətli strategiyaların, o cümlədən 2030-cu ilədək milli prioritetlərin, digər dövlət proqramlarının və milli fəaliyyət planlarının müstəsna əhəmiyyəti qeyd olunaraq ölkə həyatının ayrı-ayrı sahələri üzrə tədbirlərin sistemli, ardıcıl və kompleks şəkildə həyata keçirildiyi bildirilib. Kollegiyada Azərbaycan Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın bu sahədə işin təkmilləşdirilməsində, layihələrin hazırlanması ilə bağlı vahid standartların müəyyən edilməsində, məlumatların sistemli toplanılmasında, monitorinq və qiymətləndirmənin daha səmərəli aparılmasında mühüm rolu qeyd edilərək nazirliyə verilmiş tapşırıqların həmin sənədin tələbləri nəzərə alınmaqla vaxtında, dürüst və keyfiyyətlə icrasına nəzarətin gücləndirilməsi tapşırılıb. Eyni zamanda, kollegiya iclasında açıq hökumətin təşviqi, şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tədbirlər müzakirə olunub. Bildirilib ki, dövlətimizin başçısı ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətə hər zaman müstəsna əhəmiyyət verir. Bu məqsədlə “İctimai iştirakçılıq haqqında” mühüm Qanun, vətəndaş cəmiyyəti və media ilə səmərəli işin təşkili və bu sahəyə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı yeni fərmanlar qəbul olunub. Həmçinin ictimaiyyətlə əlaqələr sahəsində işin çevik və səmərəli təşkili məqsədilə vahid kommunikasiya siyasəti həyata keçirilir. Bununla bağlı müvafiq təlimatlara və tövsiyələrə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən görülən işlər qeyd olunub, media və vətəndaş cəmiyyəti ilə fəaliyyətin vahid strategiya əsasında həyata keçirilməsi, bu məqsədlə ədliyyə fəaliyyəti üzrə Kommunikasiya Strategiyasının işlənib hazırlanmasına dair tapşırıqlar verilib. Həmçinin uzun illərdən bəri ictimai iştirakçılığı təmin edən mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər müzakirə olunaraq müvafiq Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb. Kollegiya iclasında dövlətimizin başçısının rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı çərçivəsində nazirliyin tabe qurumlarının, o cümlədən regional ədliyyə idarələrinin fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, kadr islahatlarının aparılması, yerli ədliyyə orqanları ilə əlaqəli işin və nəzarətin səmərəliliyinin artırılması, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası işinin yüksək tələblər səviyyəsində müasirləşdirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilib. Eyni zamanda, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq cari ildə ölkəmizin cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəyə, hüquqi sahədə rəqəmsal çağırışlara həsr olunan mötəbər beynəlxalq hüquq forumlarında fəal təmsil olunduğu, Azərbaycan həqiqətlərinin, təcavüzkar Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə geniş çatdırıldığı vurğulanıb, bu sahədə ardıcıl tədbirlərin davam etdirilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, o cümlədən Yaponiya ilə ədliyyə sahəsində əməkdaşlıq sənədinin razılaşdırılması, bu ərəfədə Özbəkistanla imzalanmış Əməkdaşlıq Proqramının səmərəli implementasiyası ilə bağlı tapşırıqlar verilib. Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənəd layihələrinə baxılaraq təsdiq edilib, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb. Geri dön |