Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Şuşada və Naxçıvanda Türkiyə hərbi bazaları yerləşdirilsin
Fərəc Quliyev:Şuşada və Naxçıvanda Türkiyə hərbi bazaları yerləşdirilsin |
Şuşanın işğalı gününə artıq sayılı günlər qalıb. 1992-ci il mayın 8-də döyüş və strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşa erməni qüvvələri tərəfindən işğal edilmişdi. Şuşanın işğalı müharibənin gedişində həlledici rol oynamışdı. Şəhər Qarabağda ən mühüm hərbi məntəqə idi. Onun itirilməsi ilə Xankəndinin də işğalı prosesi başa çatdırılmışdı.
28 ildən sonra - 2020-ci il 8 noyabr tarixində Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Bəzi təkliflər var ki, 8 may tarixində Şuşada hər hansı bir formada anım tədbiri keçirilsin. Qeyd olunur ki, bu həm də mayın 9-da Rusiya sülhməramlılarının Xankəndində parad keçirmək istəyinə bir cavab olsun. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə mövzuya bu cür şərh bildirdi: “Əlbəttə ki, səslənən təkliflərə hörmətlə yanaşıram. Lakin hesab etmirəm ki, bir neçə gün sonra Şuşada parad keçirilsin. Yəni texniki baxımından hazırda bu mümkün deyil, vaxt çox azdır. Fərəc Quliyev : “Bundan sonra bizim Türkiyə ilə birgə bir çox tədbirlərimiz, paradlarımız olacaq” Daha bir məsələ, Şuşanın və digər ərazilərimizin işğalı ilə bağlı günlərin qeyd olunmasına ehtiyac yoxdur. Artıq işğaldan azad etdiyimiz günləri qeyd etməliyik. Lakin mayın 9-da Qarabağ ərazisində Rusiya sülhməramlılarının parad keçirmək istəyi birmənalı yolverilməzdir. Xarici İşlər Nazirliyi də bununla bağlı Rusiyaya nota verməlidir ki, hansısa başqa dövlət Azərbaycan ərazisində parad keçirə bilməz. Əgər Rusiya parad keçirmək istəyirsə, bunu öz ölkəsində Moskvada keçirsin. Heç bir halda Rusiya sülhməramlıları öz hədlərini aşmamalıdır. Yaxın vaxtlarda Türkiyə Prezidenti Ərdoğan Şuşaya gələcək, orada konsulluq, məktəb açılacaq və sairə. Beləliklə, düşünürəm ki, bu məsələyə daha köklü, dərin yanaşmalıyıq. Məsələn, Azərbaycanda iki yerdə Türkiyənin hərbi bazaları yerləşdirilməlidir. Onlardan birini Şuşada yerləşdirmək mümkündür və hesab edirəm ki, vacibdir. İkincisini isə Naxçıvanda təşkil etmək mümkündür. 2010-cu ildə Azərbaycanla Türkiyə arasında məlum müqavilə var və bu müqavilə qeyd etdiyim tədbirləri həyata keçirməyə tamamilə imkan verir. Bildiyiniz kimi, Rusiyanın Gümrüdə Ermənistanla ortaq hərbi bazaları var. İkinci belə bir bazanı isə Zəngəzurda yerləşdirmək istəyirlər. Putinin də qeyd etdiyi kimi, Azərbaycan öz müttəfiqini seçmək hüququna malikdir. Yəni kimi müttəfiq seçirik, özümüz bilərik. Ona görə də bu məsələni ortaya qoymaq daha yaxşı olardı. Bu həm də mənafelərimizə uyğundur. Əlbəttə ki, bundan sonra bizim Türkiyə ilə birgə bir çox tədbirlərimiz, paradlarımız olacaq. Amma bir az öncə qeyd etdiyim kimi, hazırda Xankəndində keçiriləcək parada etirazımız olmalıdır. Şuşada hansısa formada tədbir və ya parad keçirmək istəyini həyata keçirmək isə texniki, vaxt baxımdan mümkün deyil". Qeyd edək ki, Şuşa İcra Hakimiyyətindən “Yeni Müsavat”a açıqlamada bildirilib ki, 8 may Şuşanın işğal günü ilə bağlı hər hansı tədbir keçirilməsi ilə bağlı qərar yoxdur. Xalidə GƏRAY/“Yeni Müsavat” Geri dön |