Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Şahmat üzrə Azərbaycan çempionatında ikinci turun qalibləri müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatında ikinci turun qalibləri müəyyənləşib |
Muxtar respublikada ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ikinci tura yekun vurulub.
İlk turla müqayisədə bu tur zəka sahibləri arasındakı görüşlər tərəflərin qələbəsi ilə başa çatıb. Qrossmeyster Eltac Səfərli (2598) ikinci turu “sülh”lə başa vurub. O, bu turda beynəlxalq usta Kənan Qarayevin (2331) müqavimətini qıra bilməyib. Qrossmeyster Nicat Abasovla (2665) qrossmeyster Vüqar Əsədlinin (2572) görüşündə də qalib tərəf müəyyənləşməyib. Qrossmeyster Misrətdin İsgəndərov (2535) beynəlxalq usta Məhəmməd Muradlı (2449) ilə xalları yarı böldüyü halda, qrossmeyster Fərid Abbasov (2528) qrossmeyster Vasif Durarbəyliyə (2606) məğlub olub. Beynəlxalq usta Aydın Süleymanlı (2520) ilə beynəlxalq usta Abdulla Qədimbəylinin (2470) oyununda ağ-qara taxtanı gülən tərəf kimi Aydın tərk edib. Qrossmeyster Urfan Sevdimalıyev (2369) bu turda qrossmeyster Nicat Məmmədovla (2609) üz-üzə gəlib və məğlub olub. Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır. Mayın 6-da saat 14:00-da üçüncü turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər: Vüqar Əsədli - Aydın Süleymanlı Abdulla Qədimbəyli - Məhəmməd Muradlı Misrətdin İsgəndərov - Vasif Durarbəyli Fərid Abbasov - Eltac Səfərli Kənan Qarayev - Nicat Məmmədov Urfan Sevdimalıyev - Nicat Abasov Geri dön |