Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Hindistanda COVID-19-a gündəlik yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb
Hindistanda COVID-19-a gündəlik yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb |
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 412 min 262 yoluxma aşkarlanıb. Bununla da Hindistan dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu bir daha yeniləyib. Artıq 2-ci dəfədir ki, Hindistanda sutkalıq yoluxma sayı 400 mindən çox olub.
Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 3 min 980 ölüm qeydə alınıb. Bu rəqəm pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olmaqla yanaşı, ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub. Pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 21 milyondan çox yoluxma aşkarlanıb. Pandemiya qurbanlarının sayı isə 230 mini ötüb. Hazırda ölkədə 3 milyon 566 min aktiv xəstə var. Ekspertlər real rəqəmlərin daha yüksək olduğunu iddia edirlər. Yoluxmaların, paralel olaraq ağır xəstələrin sayının sürətlə çoxalması xəstəxanalarda oksigen ehtiyatı və müalicə üçün dərmanların çatışmazlığına səbəb olub. Artıq bir neçə xəstəxanada süni tənəffüs cihazları üçün oksigen çatışmazlığı səbəbindən ölüm halları qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar müxtəlif ölkələr Hindistana yardımlara başlayıblar. Geri dön |