Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya fövqəladə vəziyyət rejiminin müddətini uzatmağa hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Yaponiya fövqəladə vəziyyət rejiminin müddətini uzatmağa hazırlaşır

Yaponiya fövqəladə vəziyyət rejiminin müddətini uzatmağa hazırlaşır


Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin ağırlaşmasını nəzərə alaraq fövqəladə vəziyyət rejiminin müddətini uzatmağa və zərər çəkən prefekturaların sayını artırmağa hazırlaşır.

Yaponiya KİV-ləri xəbər verir ki, hazırda hökumət strukturları mütəxəssislərlə bununla bağlı məsləhətləşmələri davam etdirir. Bildirilir ki, Tokio, Osaka, Hyoqo və Kioto prefekturalarında fövqəladə vəziyyət rejiminin müddətinin mayın sonunadək uzadılması imkanları araşdırılır. Həmçinin Aiçi və Fukuoka prefekturalarında da fövqəladə vəziyyət rejiminin tətbiqi planlaşdırılır.

Vəziyyəti şərh edən koronavirusla mübarizəyə cavabdeh nazir Nişimura Yasutoşi Osaka prefekturasında xəstəxana yataqlarının çatışmadığını və bununla bağlı təcili tədbirlərə ehtiyac olduğunu bildirib. Tokio barədə məlumat verən nazir qeyd edib ki, burada da vəziyyət gərgindir və qarşıdakı iki həftə ərzində yoluxma sayı azalmazsa, xəstəxanalarda yataq yerləri ilə bağlı problem yarana bilər. Böhran vəziyyətinin yaxınlaşmasından ehtiyat etdiyini qeyd edən nazir müəssisələri məsafədən iş təcrübəsindən daha geniş istifadə etməyə çağırıb.

Mayın 7-də axşam saatlarında Baş nazir Yoşihide Suqanın mətbuat konfransı keçirəcəyi və burada fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərarı elan edəcəyi gözlənilir.

Hökumət sakinlərdən daha çox evdə qalmağı, marketlərdən iş saatlarını qısaltmağı, ictimai iaşə obyektlərindən isə axşam saat 20:00-dan sonra xidməti dayandırmağı xahiş edir.

Ölkə üzrə ağır vəziyyətdə olan xəstələrin ümumi sayının 1000 nəfəri ötdüyü qeyd edilir. Mayın 6-da Osakada 747, Tokioda isə 591 yeni yoluxma halının qeydə alındığı bildirilir. Son məlumatlara görə, Yaponiya üzrə virusa yoluxanların ümumi sayı 622 minə çatıb, təqribən 1100 nəfər isə həyatını itirib.

Geri dön