Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir

Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir


Partiya sədri: «Qarabağ ərazisində Rusiya sülhməramlılarının parad keçirmək istəyi birmənalı şəkildə yolverilməzdir»

“Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan apardığı bərpa-quruculuq işlərinə paralel olaraq regional əməkdaşlığı da təmin etmək niyyətindədir”. Bu fikirləri «Azad Azərbaycan» qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyev qeyd edib ki, Azərbaycan bütün region ölkələrinin gələcəyində mühüm rol oynaya biləcək addımlar atmaqdadır: “Ölkələr arasında iqtisadi əməkdaşlıq mühitinin yaradılması regionda dayanıqlı sülhün təmin edilməsinin zəmanətidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasət regionda sabitliyə və əməkdaşlığa hesablanıb. Təəssüflər olsun ki, Ermənistanda olan revanşist qüvvələr regionun perspektiv inkişafı üçün əsas nəqliyyat-kommunikasiya xətlərinin bərpasını özündə ehtiva edən Zəngəzur dəhlizinin reallaşmasına da mane olmaq istəyirlər. Halbuki bu dəhlizin açılmasına ən çox ehtiyac duyan ölkələrdən biri Ermənistanın özüdür”.

Partiya sədri bildirib ki, bütün maneələrə baxmayaraq, müharibənin başa çatmasını şərtləndirən sənədə əsasən, Zəngəzur dəhlizi mütləq açılmalıdır: “Dövlət başçısı milli, tarixi və gələcək maraqlarımıza tam cavab verən Zəngəzur dəhlizinin yaradılmasının vacibliyini dəfələrlə qeyd edib. Bu məsələdə də cənab Prezident Azərbaycanın qəti siyasi iradəsini ifadə edir. Dövlət başçısının dediyi kimi, Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq”.

Şuşada parad keçirilməsinə gəlincə, F.Quliyev bildirib ki, səslənən təkliflərə hörmətlə yanaşır. Lakin hesab etmir ki, bir neçə gün sonra Şuşada parad keçirilsin. Yəni texniki baxımdan hazırda bu mümkün deyil, vaxt çox azdır: «Bundan sonra bizim Türkiyə ilə birgə bir çox tədbirlərimiz, paradlarımız olacaq Allah qoysa bunlar Türk ordusuna layiq təşkil olunmalıdır. Daha bir məsələ, Şuşanın və digər ərazilərimizin işğalı ilə bağlı günlərin qeyd olunmasına ehtiyac yoxdur. Artıq işğaldan azad etdiyimiz günləri qeyd etməliyik. Lakin mayın 9-da Qarabağ ərazisində Rusiya sülhməramlılarının parad keçirmək istəyi birmənalı şəkildə yolverilməzdir. Xarici İşlər Nazirliyi də bununla bağlı Rusiyaya nota verməlidir ki, hansısa başqa dövlət Azərbaycan ərazisində parad keçirə bilməz. Əgər Rusiya parad keçirmək istəyirsə, bunu öz ölkəsində Moskvada keçirsin. Heç bir halda Rusiya sülhməramlıları hədlərini aşmamalıdır».

Partiya sədrinin sözlərinə görə, yaxın vaxtlarda Türkiyə prezidenti Ərdoğan Şuşaya gələcək və orada konsulluq, məktəb açılacaq: «Düşünürəm ki, bu məsələyə daha köklü, dərin yanaşmalıyıq. Məsələn, Azərbaycanda iki yerdə Türkiyənin hərbi bazaları yerləşdirilməlidir. Onlardan birini Şuşada yerləşdirmək mümkündür və hesab edirəm ki, vacibdir. İkincisini isə Naxçıvanda təşkil etmək mümkündür. 2010-cu ildə Azərbaycanla Türkiyə arasında məlum müqavilə var və bu müqavilə qeyd etdiyim tədbirləri həyata keçirməyə tamamilə imkan verir. Bildiyiniz kimi, Rusiyanın Gümrüdə Ermənistanla ortaq hərbi bazaları var. İkinci belə bir bazanı isə Zəngəzurda yerləşdirmək istəyirlər. Putinin də qeyd etdiyi kimi, Azərbaycan öz müttəfiqini seçmək hüququna malikdir. Yəni kimi müttəfiq seçirik, özümüz bilərik. Ona görə də bu məsələni ortaya qoymaq daha yaxşı olardı. Bu həm də mənafelərimizə uyğundur.

Əlbəttə ki, bundan sonra bizim Türkiyə ilə birgə bir çox tədbirlərimiz, paradlarımız olacaq. Amma bir az öncə qeyd etdiyim kimi, hazırda Xankəndində keçiriləcək parada etirazımız olmalıdır. Şuşada hansısa formada tədbir və ya parad keçirmək istəyini həyata keçirmək isə texniki, vaxt baxımdan mümkün deyil».

Bilman İSAQ/azadaz.com

Geri dön