Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənilərin alt-üst olan “restavrasiya” siyasəti: “Prezidentin bu yanaşmasını müdafiə etməli və dəstəkləməliyik” - Partiya sədri
Ermənilərin alt-üst olan “restavrasiya” siyasəti: “Prezidentin bu yanaşmasını müdafiə etməli və dəstəkləməliyik” - Partiya sədri |
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını 28 il müddətində yerlə yeksan edib, vandalizm aktları törədib.
Bu torpaqlarda daimi yaşamayacağını bildiyindən, bacardığı qədər təbiətə də ziyan vurub. Bu gün azad olan Azərbaycan torpaqlarının mənzərəsi erməni vandallığının bariz nümunəsidir. İşğal tarixində ermənilər dağıntılarla yanaşı, həm də tarixi saxtalaşdırmağa, Azərbaycan abidələrini öz adlarına çıxarmağa ciddi cəhdlə səy göstərib. Yaxın tarixdə, 2019-cu ilin dekabrda qondarma rejim Şuşada yerləşən 19-cu əsrə aid Gövhər Ağa məscidini restavrasiya edərək onun mahiyyətini dəyişdirməyə çalışıb. Qeyd edək ki, Yuxarı Gövhər Ağa məsçidi Dağlıq Qarabağın ən böyük şəhəri olan Şuşada 1880-ci ildə inşa olunub. Ermənilər Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya” olunaraq tarixi saxtalaşdırmağa cəhd ediblər. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında tariximizin belə saxtalaşdırılması cəhdlərini qətiyyətlə pisləyib: “Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhər Ağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik”. Qeyd edək ki, erməni işğalçılarının vəhşiliyi nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, habelə "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, o dövrdə Gövhər Ağa məscidinin fars abidəsi kimi təqdim olunmasının siyasi çəkisi var idi: “Prezident çıxışlarında bu məsələyə xüsusi olaraq toxunub və belə ifadə etmişdi ki, təəssüflər olsun, bir ölkənin şirkəti gəlib burada bir neçə ay özbaşına oturaraq Gövhər Ağa məscidini fars abidəsi kimi təmir edib. Təbii ki, bu iş separatçı rejimlə əlaqəli görülüb. Bunu İran şirkəti etmişdi və Gövhər Ağa məscidini də fars abidəsi kimi təqdim etməyə çalışırdı. Amma bu məscid Cavanşirlər nəslinə aiddir, türk abidəsidir. Buna da ölkə Prezidenti laqeyid qalmadı. Əslində bu, çox təqdir olunası məqamdır. Bizim yanaşmamız budur. Hələ o vaxt iranlılar o məscidi təmir etməyə gələndə demişdim ki, burada əsas olan siyasi mahiyyətdir. Əgər Azərbaycanın başı üzərindən Ermənistanla razılaşıb gəlib separatçı rejimlə iş görürsə, bunun siyasi çəkisi çox böyükdür. Bizim ölkəyə bizdən xəbərsiz gəlib necə iş görürsən? Ona görə də həm bu, həm də türk abidəsini fars abidəsi kimi təqdim etmək cəhdi Azərbaycana qarşı yönəlmişdi”. Partiya sədri əlavə edib ki, ölkə Prezidenti bu məsələdə də milli iradəni çox yüksək səviyyədə ifadə edib: “Digər tərəfdən, biz ermənilərin 8 may “bayramını” sıradan çıxardıq, digər bayramlarını da çıxaracağıq. Ermənistan qondarma, qoltuqaltı, parazit bir dövlətdir. Ağalarına söykənərək Azərbaycanın işğal olunan torpaqlarında istədiklərini edirdilər. İndi ağalarının da sözü keçmir. İndi Ermənistanın kimə güvənməsinə baxmayaraq, ölkəmiz təhdid olunarsa, ədalətsiz davranış olarsa, onlar cəzalanacaqlar. Ermənilər bizim torpaqları darmadağın ediblər, daş üstündə daş qalmayıb. Təkcə Şuşada onlarla məkbət, kitabxana yandırılıb, mədəniyyət abidələri dağıdılıb, alban kilsələri məhv edilib. İndi biz alban kilsələrini də bərpa edirik. O kilsələrin ermənilərə heç bir aidiyyəti yoxdur. Quruculuq, bərpa işləri davam etdiriləcək. 1989-cu ildə ilk dəfə Şuşada keçirilən Xarı Bülbül festivalı da indi bərpa olunacaq. Şuşa mədəni qoruq- şəhər kimi dünyaya təqdim olunacaq. Şuşada bizim dərin tariximiz yatır. Şuşa Azərbaycanın kiçildilmiş bir forması kimi dünyaya təqdim ediləcək. Yaxın ərazilərdə hava limanları tikilir ki, bunun da turistlərin gəlişi ilə yanaşı, başqa əhəmiyyətləri də var. Şuşa bir qaladır və bunun hərbi əhəmiyyəti olacaq. Arzuolunandır ki, Şuşa ətrafında Türkiyənin bir hərbi bazası yerləşdirilsin. Çünki ora bütün əraziləri, hətta Ermənistan ərazilərini belə nəzarətdə saxlamaq üçün əlverişli yerdir. Ona görə də həm tarixi abidələrin bərpası, həm insanların öz vətənlərinə qayıtması, həm də dünyada başımızı dik tuta bilməmiz baxımında Şuşa çox önəmli idi. Biz dünyaya göstərdik ki, bizdən nəsə almaq ancaq müvəqqəti ola bilər, biz bıçaqla, tapanca ilə qalaları fəth edən bir xalqıq. İndi də ermənilərin dağıtdıqlarıını bərpa etməklə dünyaya qurucu millət olduğumuzu nümayiş etdirəcəyik. Türk imperiyaları 100 illərlə Avropada quruculuq işləri ilə məşğul olub, bütün dinlərə tolerant yanaşıblar. Azərbaycan bu gün bu nümunəni göstərir. Biz kilsələri təmir edirik, amma ermənilər bütün dini abidələrimizi yandırmış, təhqir etmişdilər”. Partiya sdəri bildirib ki, dövlətin apardığı siyasət çox vacib olduğu qədər ona dəstək də vacibdir: “Biz cəmiyyət olaraq bu vizonu, ölkə Prezidentinin bu yanaşmalarını müdafiə etməli və dəstəkləməliyik”. Vilayət Muxtar/Cebhe.info Geri dön |