Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda islamı tərk edərək xristianlığı qəbul etdiyi üçün həbsdə saxlanan keşiş Behnam İraninin səhhətində ciddi problem yaranıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda islamı tərk edərək xristianlığı qəbul etdiyi üçün həbsdə saxlanan keşiş Behnam İraninin səhhətində ciddi problem yaranıb

İranda islamı tərk edərək xristianlığı qəbul etdiyi üçün həbsdə saxlanan keşiş Behnam İraninin səhhətində ciddi problem yaranıb


İran Kilsələri Şurasının rəsmisi Mənsur Borci “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında deyib ki, Behnam İraninin səhhətinin pisləşməsi hüquq müdafiəçilərinin nigaranlığına səbəb olub: “Bizə gələn məlumatlara görə, keşiş Behnamın bağırsaqlarında qanaxma əmələ gəlib. Onun təcili əməliyyata ehtiyacı var. Lakin Kərəc şəhərinin zindanında saxlanan keşişin şəhər xəstəxanasına köçürülməsinə və ya müvəqqəti evə buraxılmasına imkan vermirlər”.

Ev şəraitində idarə olunan kilsəyə başçılıq etdiyinə görə 2011-ci ilin aprel ayında tutulub həbsə salınan keşiş Behnam İrani islamı tərk etməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və sistemə qarşı təbliğatda günahlandırılaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Geri dön