Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Borçalılardan Azərbaycan hökumətinə təkliflər- SİYAHI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Borçalılardan Azərbaycan hökumətinə təkliflər- SİYAHI

Borçalılardan Azərbaycan hökumətinə təkliflər- SİYAHI


“Borçalı” Cəmiyyətini Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdikləri miqrasiya problemlərinə dair təkliflər planı hazırlayıb.

Davam.Az-ın məlumatına görə, bu barədə cəmiyyətin sədri Zəlimxan Məmmədli xəbər verib. O, bildirib ki, son zamanlar Azərbaycan-Gürcüstan sərhət-keçid məntəqələrində ciddi problemlərlə üzləşən soydaşlarımızın narazılıqlarını aradan qaldırmaq üçün xüsusi təklif planı hazırlanaraq Azərbaycanın rəsmi qurumlarına göndərilib. Modern.az həmin təkliflər planını təqdim edir:

1. Xarici ölkədə səfirlik və konsulluğumuzda əmək vizası şöbəsi açılmalı; (xüsusi ilə Gürcüstan, Türkiyə, İran)
2. Leqal əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə prosedurları sadələşdirilməli;
3. Ailə üzvlərinin biri ölkə vətəndaşı olanların vətəndaşlıq məsələsi ailənin istəyinə uyğun birmənalı həllini tapmalı; (nigah saxta olmazsa)
4. Kütləvi cərimələnmə halı aradan qaldırılmalı, qərarın icrası 3 ay müddətinə uzadılmalı, vətəndaşlarla izahat işi aparılmalı;
5. Gürcüstanda yaşayan Azərbaycan türkləri üçün xüsusi əməkçi miqrant statusu müəyyənləşdirilməli;
6. İkili vətəndaşlıq haqda 2 dövlət arasında qanunvericilik aktının qəbulu məsələsi müzakirəyə çıxarılsın;
7. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycana rahat gediş-gəlişini təmin etmək, daha güzəştli şərtlərlə fəaliyyət göstərmək hüququnu özündə ehtiva edən xüsusi, “Soydaşlarımız Haqqında Qanun” qəbul edilsin.

Geri dön