Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > "Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı


Güneydə tanınmış ziyalılarından olan Əkbər Azad dörd il öncə yayınlanan bildirişi bir daha yayaraq, Urmu və Sulduz şəhərlərinin əhalisinə və milli-mədəni fəallarına müraciət edib.

“Dörd il öncə 2017-ci ilin may ayının 17-də qocaman musiqi ustadı Həsən Dəmirçi, Həsən Raşidi, Abbas Lisani ilə birlikdə aşağıdakı müraciəti yaymışdıq. Bu gün şəraitdən irəli gələn zərurəti nəzərə alaraq, o bildirişi yenidən yayınlamaq qərarına gəldik.

Gələn günlərdə ölkədə prezident və Şura Seçkiləri keçiriləcək. Azərbaycan və azərbaycanlılar üçün ən önəmlisi Qərbi Azərbaycanda Sulduz və Urmu şəhərlərinin Şura Seçkiləridir.

Bu şəhərlərdə özəl bir durum mövcuddur. Bəzi gizli qüvvələr bizim əzəli Qərbi Azərbaycan, xüsusi ilə də stratejik əhəmiyyətə malik olan adını çəkdiyimiz şəhərlərə göz tikib və buralar üçün gizli planlar hazırlayıblar. Onlar seçkilərlə bağlı milli-mədəni fəallarımızın birgə fəaliyyət göstərməsini istəmir və bu vəziyyətdən istifadə edərək öz çirkin məqsədlərinə çatmaq istəyirlər.

Dünənədək çalışmaq və köçmək adı ilə bölgəmizə gələn bəzi kürd qruplar bu gün torpaq iddiasına düşüblər. Onlar qaynağı bəlli olmayan pulların gücü ilə digər şəhərlərin səslərini bizim şəhərlərə gətirmək və digər vasitələrlə Urmu və Sulduz şəhərlərində öz namizədlərini qalib etdirmək istəyirlər.

Onlar bununla bu şəhərlərin etnik tərkibini istədikləri kimi göstərməyə çalışırlar. Ona görə də bu gün hər bir urmulu və sulduzlu soydaşımıza, özəlliklə milli-mədəni fəallara bu gizli cərəyanları məğlub etmək üçün tarixi bir birlik görəvi düşür, biz bunu etməliyik.

Sulduz və Urmu şəhərinin dəyərli milli-mədəni fəallarına müraciət edərək onların hamısını birliyə çağırırəq. Bu gün bütün fərqli fikirləri və istənilən ixtilafı bir kənara qoyub birləşmək vaxtıdır"-deyə, müracitədə qeyd olunur.

Ziyalılar hər kəsi belə həssas məqamda məsuliyyətli olmağa çağırıb: "Unutmayaq ki, biz vicdanımız və gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq. Ona görə də dəyərli milli-mədəni fəallarımızı ən qısa zamanda məsləhətə uyğun olaraq bacarıqlı namizədlərdən bir vahid siyahı hazırlamağa, onu Urmu və Sulduz şəhərlərinin əhalisinə tanıtdırmağa çağırırıq.
Sayğıdəyər namizədlərimizdən də xahiş edirik ki, ümumi məsləhət naminə bu işdə milli-mədəni fəallarımıza yardım etsinlər.

Həmçinin dərin hörmətlə bəyan etməliyik ki, sözügedən vahid siyahı hər hansı səbəbə görə hazırlanmasa, o zaman biz strateji əhəmiyyətə malik olan şəhərlərimizi qorumaq üçün, müəyyən namizədlərdən ibarət olan birgə hazırlayacağımız bir siyahını dəstəkləyəcəyik”.

Geri dön