Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər

BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər


BP şirkəti Azərbaycanda təhsilin inkişafına göstərdiyi dəstək çərçivəsində növbəti layihəni reallaşdırıb. Budəfəki layihədə beynəlxalq miqyasda tanınan 4 dərslik BP şirkəti tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) təqdim edilib.

Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, Hovard Lyun və Bryus L.Berqin həmmüəllif olduqları “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” dərsliyində tədqiqatçılar keyfiyyət məlumatlarının tərtibi, toplanması və təhlili, nəticələrin elmi ictimaiyyətə təqdim olunması barədə önəmli məlumatlar əldə edə biləcəklər.

Elmi bestseller olan Kotlerin “Marketinqin əsasları” kitabı nəzəri müddəaların praktiki tətbiqetmə nümunələri ilə yalnız tələbələr tərəfindən deyil, geniş oxucu auditoriyası tərəfindən də yüksək qiymətləndirilir.

Mişkinin “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı” kitabı iqtisadiyyat və maliyyə sahəsi ilə maraqlananlar üçün dəyərli töhfədir. Kitab “Pul siyasəti”, “Pul və banklar”, “Bank işi” və “Maliyyə bazarları” kimi dərslərdə əsas vəsait kimi istifadə edilə bilər.

Con Vivianın “Kütləvi kommunikasiya mediası” dərsliyi isə medianın fəaliyyətindən və media savadlılığını artırmağın yollarından bəhs edir.

Geri dön