Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmu həbsxanasında saxlanılan "Qarabağ məhbusu" Salar Tahir Əfşara təzyiq göstərilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu həbsxanasında saxlanılan "Qarabağ məhbusu" Salar Tahir Əfşara təzyiq göstərilir

Urmu həbsxanasında saxlanılan "Qarabağ məhbusu" Salar Tahir Əfşara təzyiq göstərilir


Məlumata görə, hazırda karantin bölməsinə nəzərdə tutulan saydan iki qat artıq məhbus sığışdırılıb. 200 nəfərlik yeri olan bölmədə 400 məhbus saxlanılır.

S.T.Əfşarın dediyinə görə orada saxlanılan məhbusların heç birindən koronavirus testi götürülməyib.


Salar Tahir Əfşar bu ilin aprel ayının 19-da Urmu şəhərindəki ata evində təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.

Bundan öncə 4 il həbs cəzasına məhkum edilən milli fəalın cəzası Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən 1 ilə endirilib.


Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsinin hakimləri Əlipur və Rəcəbi milli fəala qarşı irəli sürülən “qanunsuz təşkilat qurmaq” ittihamından bəraət veriblər.

Onlar ibtidai məhkəmənin “hökumətə qarşı təblığat” ittihamını 1996-cı ildə təsdiq edilmiş İslami Cəza Qanununun 500-cü maddəsinə uyğun hesab edərək S.T.Əfşarın 1 il həbs cəzasını qüvvədə saxlayıblar.


Urmulu fəal 2020-ci il iyulun 16-da, Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərin təşkilatçılığına görə, Urmuda saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.


Milli fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və təhdid edilib. O, 2019-cu ildə Urmu şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “qanunsuz təşkilata üzv olmaq” ittihamı ilə 1 il həbs cəzasına məhkum olunmuşdu. Sonradan həbs cəzası 1 milyon tümən dəyərində nağd cərimə ilə dəyişdirildi.

Geri dön