Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Kapital Bank” sahibkarlara “Sürətli tender” məhsulunu təklif edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > “Kapital Bank” sahibkarlara “Sürətli tender” məhsulunu təklif edir

“Kapital Bank” sahibkarlara “Sürətli tender” məhsulunu təklif edir


“Kapital Bank” hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ölkədə həyata keçirilən layihələrdə iştirak etmək üçün “Sürətli tender” məhsulunu təklif edir.

“Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: maliyyə təhlili və skorinq yoxdur; il ərzində bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0 faiz təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir. “Kapital Bank”ın KOS müştəriləri üçün nəzərdə tutulan müştəri profili vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı var.

Qeyd edək ki, “Sürətli tender” məhsulunu almaq istəyənlər qeyd edilən https://kbl.az/cbpcr linkinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.

Geri dön