Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini “BB+/stabil” səviyyəsində təsdiq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini “BB+/stabil” səviyyəsində təsdiq edib

“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini “BB+/stabil” səviyyəsində təsdiq edib


“Fitch Ratings” Agentliyi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) fəaliyyətinin növbəti qiymətləndirməsini həyata keçirib.

Fonddan bildirilib ki, Agentliyin qiymətləndirməsinə əsasən İKFZ-nin uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+/stabil” səviyyəsində təsdiq edilib.

“Fitch” dövlətlə Fond arasında əlaqənin və dövlət dəstəyinin güclü olmasını yüksək qiymətləndirərək İKFZ-nin reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.

“Fitch Ratings” Agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır. Son 12 il ərzində aparılan qiymətləndirmələr Fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması ilə nəticələnib.


Geri dön