Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ASK-nın prezidenti İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > ASK-nın prezidenti İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçilib

ASK-nın prezidenti İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçilib


Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti İslam Ticarət, Sənaye Və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçilib.

ASK-dan bildirilib ki, mayın 20-də İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş Assambleyasının 37-ci iclası keçirilib. İclasda qurumun Direktorlar Şurasına yeni üzvlərin təqdimatına baxılıb.

Təqdimat əsasında keçirilən səsvermədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv seçilib. Palatanın Baş katibi Yusif Xələvi çıxışında bildirib ki, Azərbaycanla əməkdaşlıqdan məmnundurlar və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni layihələrin həyata keçirilməsi perspektivləri üzərində işləyirlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2015-ci ildən bəri Palatanın üzvüdür və Azərbaycan biznes icmasını İslam Palatasında təmsil edən yeganə təşkilatdır.

Həmçinin 37-ci iclasda iştirak edən dövlətlər, eyni zamanda, təşkilata daxil olan fondun hesablarının Palatanın hesablarından ayrılaraq müstəqil şəkildə formalaşdırılması ilə bağlı münasibətlərini bildiriblər.

Məlumat üçün bildirək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası 1979-cu ildə təsis edilib. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bağlı qurumudur və islam ölkələrindən 57 üzvü öz sıralarında birləşdirir.

Gələcəkdə ticarət, informasiya texnologiyaları, sığorta, təkrar sığorta, bankçılıq, üzv ölkələrdə investisiya imkanları və müştərək müəssisələrin təşviqi sahələrində daha sıx əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Geri dön