Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vurğun Rzayev kimi minlərlə şəhidin qisası döyüş meydanında alındı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Vurğun Rzayev kimi minlərlə şəhidin qisası döyüş meydanında alındı

Vurğun Rzayev kimi minlərlə şəhidin qisası döyüş meydanında alındı


Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının bütövlüyü uğrunda düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək, şəhadətə qovuşan qəhrəman soydaşlarımızdan biri də biləsuvarlı Vurğun Rzayevdir. 27 il bundan əvvəl şəhadətə ucalan igid həmyerlimizin keçdiyi şərəfli döyüş yolu ilə tanış ola

1992-ci ildə Vətənimizin dar günündə silaha sarılaraq müsəlləh əsgər kimi cəbhəyə yollanan qəhrəman oğullarımızdan biri də Biləsuvarın Xırmandalı kəndində doğulub boya-başa çatan Vurğun Səxavət oğlu Rzayevdir. Hərbi Komissarlığın çağırış vərəqini böyük sevinclə qarşılayan Vurğun, müharibəyə qatıldığı ilk günlərdən könüllü olaraq döyüş əməliyyatlarına girmək üçün komandirlərinə müraciət edir. İgid əsgərin ilk döyüş yolu Kəlbəcərdən başlayır.

Vurğunun 1992-ci ildə Kəlbəcər uğrunda gedən qanlı döyüşlərin birində ölümün pəncəsindən xilas etdiyi əsgər yoldaşı Vüqar Əliyev deyir: “Silahdaşımın şəhadətə qovuşmasından 27 il ötür. Mən Vurğunla bir yerdə yaralanmışam. Şiddətli döyüşlərin birində məni yaralı halda xilas edib. Onun çox böyük xidməti olub. Bu gün yaşamağıma görə Vurğuna borcluyam. Allah ona rəhmət eləsin”.

Murovdağ, Füzuli və Tərtərin müdafiəsində də qəhrəmancasına vuruşan Vurğun 1994-cü il mayın 12-də Ağdam rayonu ərazisində düşmənin aramsız hücumlarını dəf edərkən döyüş meydanında şəhidlik zirvəsinə ucalıb.

“Şükür bu günümüzə, oğlum kimi minlərlə şəhidin qisası alındı. Sağ olsun hörmətli Prezidentimiz, onun rəhbərliyi ilə cəsur oğullarımızın sayəsində torpaqlarımız azad edildi. Bu, bizim kimi şəhid analarına böyük təsəllidir. Bir arzum var, Ağdama gedib, oğlumun şəhid olduğu torpağı öpüm”, - deyə şəhidin anası Mənsumə Rzayeva bildirib.

Şəhidin əmisi Sabit Rzayev isə deyib ki, torpaqlarımızın geri qaytarılması nəticəsində Vurğun kimi şəhidlərimizin ruhu şaddır.

Doğulduğu kənddə Vurğunun xatirəsinin əbədiləşdirilməsi üçün küçələrdən birinə onun adı verilib. Kəndin mərkəzində Vurğun kimi 14 nəfər qəhrəman şəhidin xatirəsinə ehtiram əlaməti olaraq ucaldılan abidə kompleksi indi hər kəsin and yerinə çevrilib.

Geri dön