Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Ermənilər Gorus-Laçın- Xankəndi yolunu S-300 raketləri ilə qoruyur
Ermənilər Gorus-Laçın- Xankəndi yolunu S-300 raketləri ilə qoruyur |
Düşmən ölkənin hava hücumundan müdafiə sistemlərinin əsas komponentlərinin hansı istiqamətlərdə yerləşdirildiyi məlum olub
Panarmenian.net saytındakı məqalədən: “Müharibə başlasa, Azərbaycanın birinci işi Dağlıq Qarabağı Ermənistanla birləşdirən yolları sıradan çıxarmaq olacaq” Müharibə başlasa, Azərbaycanın birinci işi raket-bomba zərbələri ilə Dağlıq Qarabağı Ermənistanla birləşdirən yolları sıradan çıxarmaq olacaq. Bu barədə Ermənistanın “Panarmenian.net” agentliyinin dərc etdiyi təhlildə bildirilir. Erməni təhlilçilərə görə, müasir müharibələrin əsas prinsiplərindən biri düşmənin ən mühüm mülki və hərbi infrastrukturuna dəqiq raket silahları ilə kütləvi zərbələrin endirilməsindən ibarətdir. Belə zərbələr irimiqyaslı quru əməliyyatlarının başlanması üçün imkan yaradır və qısa müddətdə qələbə qazanmağa imkan verir. Belə ki, müasir lokal müharibələr 2-3 həftədən çox çəkmir. “Bununla əlaqədar olaraq Azərbaycan son illərdə fəal şəkildə raket texnikasının, həmçinin böyük miqdarda təyyarə və vertolyotların alınmasına başlayıb. Azərbaycanla bu sahədə rəqabətə girməyin mümkün olmadığını nəzərə alan Ermənistan isə Dağlıq Qarabağla birlikdə düşmənə asimmetrik cavab verə bilmək üçün regionda ən güclü Hava hücumundan müdafiə sistemi qurub”, - deyə məqalədə bildirilir. Məqaləyə əsasən Ermənistanın HHM sistemi 3 divizyon S-300 PT-1 və 2 divizon S-300 PS raket komplekslərindən ibarətdir. Hər divizyonda 12 raketburaxma qurğusu, radiolokator, komanda məntəqəsi və döyüş idarəetmə mərkəzi yer alır. S-300 PT-1 raketlərinin hədəfi aşkar etmə məsafəsi 200 km, atəş məsafəsi 75 km-dir. Bu kompleks 25 metrə qədər hündürlükdə də hədəfi vura bilir. “Bütün 3 divizyon İrəvan ətrafında yerləşdirilib və Ermənistan paytaxtının, onun mərkəzi hissəsinin hava hücumlarından etibarlı müdafiəsini təmin edib. Bir divizyon eyni anda 4 hədəfə atəş aça bilər. İki divizyon S-300 PS kompleksi isə texniki xarakteristikasına görə S-300 PT-1-ə yaxındır. Ancaq komplekslər MAZ-7410 avtomobilinin bazasında yığılmış şassiyə malikdir, bu səbəbdən daha mobil xarakter daşıyır. Həmin komplekslərdən biri Gorus rayonunda, digəri Sisyan yaxınlığında yerləşir. Nəticədə Ermənistanın cənub hissəsi və Dağlıq Qarabağın əhəmiyyətli hissəsi bu komplekslərin müdafiəsi altına düşür. S-300 PS komplekslərinin bu cür yerləşməsi müharibənin başlaması halında onların tez bir zamanda Dağlıq Qarabağa aparılmasına və onun hava hücumundan müdafiəsini təmin etməyə imkan verəcək. Həmçinin Ermənistanın şimalında daha bir divizyon S-300 kompleksinin yerləşdirildiyi barədə informasiya var, hələlik bu informasiya təsdiq olunmayıb. Saytda qeyd olunur ki, Ermənistanın sərəncamında həmçinin “Kruq”, S-125, “Kub”, OSA-AKM, S-75 sovet istehsalı olan digər hava hücumundan müdafiə kompleksləri var. Onların əksəriyyəti modernləşdirilib. “Bundan əlavə, Rusiyanın Ermənistandakı hərbi bazasında olan iki S-300 B batareyasını da hesaba almaq lazımdır. Bu komplekslər böyük gücə malikdir və Gümrüdə yerləşən HHM komanda mərkəzini istənilən hava zərbəsindən müdafiə edir”, - deyə məqalədə bildirilir. Saytda həmçinin Dağlıq Qarabağın özündə 1 divizyon S-300 PT-1 və ya S-300 PS komplekslərinin yerləşdirildiyi qeyd olunur. Ardınca erməni saytı Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını təhlil edir. Bildirilir ki, Azərbaycan HHQ-nin 16 ədəd “MiQ-29" qırıcı-bombardmançısı, təxminən 8 ”MiQ-25" qırıcısı var. Həmçinin Azərbaycan “Su-24", ”Su-25" hücum təyyarələrinə, çoxlu sayda “Mİ-24", habelə ”Mİ-35M" vertolyotlarına, digər hərbi aviasiya texnikasına malik olduğu göstərilir. Raket silahlarına gəldikdə isə Azərbaycan hədəfi dəqiq vuran “Toçka-U” sistemlərinə, İsrail istehsalı olan və hədəfi 150 kilometr məsafədə vuran “Linx” sistemlərinə, “Smerç” komplekslərinə malikdir. Məqalədə deyilir: “Hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın birinci işi Dağlıq Qarabağı Ermənistana birləşdirən yolları raket-bomba zərbələri ilə sıradan çıxarmaq cəhdi olacaq. Əsas və ən keyfiyyətli yol Gorus-Laçın-Stepanakert yoludur. Yol iki S-300 PS divizyonu tərəfindən çox sıx müdafiə altına alınıb. Azərbaycan HHQ-nin heç bir təyyarəsi bu yola bomba atmaq məsafəsinə qədər yaxınlaşa bilməz. Əks halda, nəticə fəlakətli olacaq və HHQ-nin itkiləri 50 faizə qədər təşkil edəcək. Digər tərəfdən, Laçın yaxınlığında yerləşən digər HHM sistemlərini də nəzərə almaq lazımdır. ”Toçka-U" və “Linx” sistemləri ilə zərbə endirməyə gəldikdə isə bunun üçün həmin kompleksləri cəbhə xəttinə xeyli yaxınlaşdırmaq lazım gələcək. Bu halda həmin komplekslərin itirilməsi şansı yaranacaq. Həmçinin “Smerç” komplekslərinin buraxdığı raketləri S-300 kompleksləri asanlıqla neytrallaşdıra bilər. Bundan başqa, Dağlıq Qarabağı Ermənistanla birləşdirən iki qrunt yol da var. Bunlar Vardenis-Zod-Mardakert və Vardenis-Kəlbəcər yoludur. Bu yollar hərbi texnikanın hərəkəti üçündür. Hazırda birinci yola asfalt örtüyü çəkilir. Həmin yollar raket zərbələri üçün daha əlçatandır, lakin HHQ-nin zərbələrindən etibarlı müdafiə olunub". Erməni saytında o da etiraf olunur ki, Qarabağ qüvvələrinin tanklarının hərəkəti üçün ən böyük problem Azərbaycanın malik olduğu modernləşdirilmiş “Mİ-24" və ”Mİ-35M" vertolyotlarıdır. Xüsusən gecə döyüşlərində bu vertolyotlar erməni tanklarını asanlıqla neytrallaşdıra bilər. Ermənistan isə bu problemi OSA-AKM sistemlərini modernləşdirməklə həll etməyə çalışır. Yekunda müəllif belə qənaətə gəlir ki, Azərbaycanın Dağlıq Qarabağ və Ermənistandakı mühüm hərbi infrastruktura sürətli zərbə endirmək imkanları məhduddur. Fərhad NƏMMƏDLİ Geri dön |