Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əncird kəndinin əhalisi etiraz aksiyası keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əncird kəndinin əhalisi etiraz aksiyası keçirib

Əncird kəndinin əhalisi etiraz aksiyası keçirib


Onlar əkin torpaqlarının Əncir mis mədəni tərəfindən mənimsənilməsi və otlaq yerlərinin məhv edilməsindən narazılıqlarını bildiriblər.

Bundan öncə dəfələrlə yetkili qurumlara məktub yazan və etirazlarını bildirən bölgə əhalisinin problemlərinin həlli ilə bağlı hər hansı addım atılmayıb.

Ekologiyanın çirkləndirilməsi, kimyəvi tullantıların təbiətə buraxılmasının qarşısının alınması ilə bağlı Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Təşkilatının Baş direktoru Həsən Abbasnejad neçə ay bundan öncə yetklili qurumları tədbir görməyə çağırıb.

O, Əncir mis mədəni rəhbərliyindən iki ay içində sadalanan problemlərin aradan qaldırılmasını tələb edib. Bundan sonra mədənin fəaliyyətində nisbi azalma yaransa da ekologiya təşkilatının tələbləri yerinə yetirilməyib.

Yerli mətbuatın yazdığına və bölgə əhalisinin dediyinə görə, torpaq sürüşməsi nəticəsində Əncird mis yatağının kimyəvi tullantıları Zəndava çayı vasitəsilə Abullu, Abrıq, Azğan və b. kəndlərin ərazisindən keçərək Əhər çayına tökülür, bu çay vasitəsilə isə Xiyava qədər yayılır.

Sakinlər bildirir ki, bu, bölgə əhalisinin səhhətinə ciddi mənfi təsir göstərir, eyni zamanda əkin sahələrini yararsız hala salır.

Qeyd edək ki, Güney Azərbaycan İranda yataqların sayı və həcminə görə birinci yerdədir.

Ancaq yataqlardan istixrac (hasil) edilən qiymətli filizlər xammal kimi ölkənin mərkəzi bölgələrinə aparılıb və emal edilir.

Bir sıra azərbaycanlı millət vəkillərinin də etiraf etdiyinə görə, bu yataqlardan əldə edilən qazancdan azərbaycanlıların payı yalnız ekologiyanın pozulmasıdır.

Geri dön