Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ciddi xəstəliklərdən əziyyət çəkən Abbas Lisani yenidən həbsxanasına qaytarılıb
Ciddi xəstəliklərdən əziyyət çəkən Abbas Lisani yenidən həbsxanasına qaytarılıb |
Abbas Lisani orada müayinə edilib, ona sakitləşdirici dərmanlar verilib, ağrıların dəqiq mənbəyini öyrənmək üçün MRS-ə ehtiyac olduğu bildirilib.
O, günorta saatlarında yenidən həbsxanaya qaytarılıb. Məlumata görə, siyasi məhbus hal-hazırda şəhərin MRS mərkəzlərindən birinə aparılmaq üçün koordinasiya işlərinin bitməsini gözləyir. Abbas Lisani bir müddətdir bel və diz ağrılarından əziyyət çəkir. Həkimlərin rəyinə görə, tanınmış milli fəalın dizinə su yığılır, belində disk yırtığı var. Bu cür ciddi xəstəliklərdən zəiyyət çəkməsinə baxmayaraq təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində həbsxana məsulları onun duruma laqeyd yanaşır, müalicə olunmasına imkan vermirlər. COVID-19-un İran həbsxanalarında yayılması ilə bağlı görülən karantin tədbirlərinə uyğun olaraq məhbuslar daha uzun müddətli məzuniyyətlərə göndərilir. Lakin Abbas Lisani pandemiya başlnanandan bəri məzuniyyətə buraxılmayıb. Bundan neçə gün əvvəl insan hüquqları üzrə fəaliyyət göstərən "Ərk" Cəmiyyəti Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi ilə bağlı BMT-nin İrandakı İnsan Haqları üzrə xüsusi məruzəçisinə məktub ünvanlamışdı. Pandemiya başlanandan bəri İran həbsxanalarında dəfələrlə koronavirusa yoluxma halları müşahidə edilsə də, İran məhkəmələri və həbsxana rəsmiləri lazımı girov məbləği təmin edildiyi halda belə bəzi siyasi məhbuslara qarşı ayrı-seçkilik edir, onları məzuniyyətə buraxmaqdan imtina edirlər. Abbas Lisani Pandemiya dövründə digər məhbuslara verilən məzuniyyət haqqından məhrum edilərək müxtəlif şəkillərdə təzyiqlərə məruz qalıb. O, qardaşı vəfat etdiyi zaman məzuniyyətə buraxılmayıb, həmçinin bir dönəm ailəsi ilə telefon görüşməsinə qadağa qoyulub. 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi. Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgünə yüksəldilmişdi. Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşdi. Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda həbs cəzalarını azaltma qanun maddəsindən faydalanmasını rədd etmişdi. Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladaraq, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib. Geri dön |