Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan çempionatında 5-ci turun oyunları başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan çempionatında 5-ci turun oyunları başa çatıb

Azərbaycan çempionatında 5-ci turun oyunları başa çatıb


Naxçıvanda keçirilən şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında 5-ci turun oyunları başa çatıb.

Təmsilçimiz Nəsrin Babayeva (1704) bu turda beynəlxalq usta Səbinə İbrahimovanı (2213) sınağa çəkib və qalib gəlib. Digər zəka sahibimiz Nazlı Hümbətova (1381) beynəlxalq usta Gülnar Məmmədovaya (2382) məğlub olub.

Liderlər cədvəlində qərarlaşan qrossmeyster Zeynəb Məmmədyarova (2274) bu turu da qələbə ilə başa vurub. O, qrossmeyster Xəyalə Abdulladan (2263) üstün olub. FIDE ustası Ayan Allahverdiyeva (2088) da FIDE ustası Ləman Hacıyevanı (1982) məğlub edib. Bu turda qrossmeyster Ülviyyə Fətəliyeva (2301) Səbinə Rzalını (1925) məğlub etdiyi halda, Mələk İsmayılla (1997) beynəlxalq usta Gövhər Beydullayevanın (2263) görüşündə sülh qeydə alınıb.

Turnir cədvəlinə hazırda 4,5 xalla Gülnar Məmmədova və Zeynəb Məmmədyarova başçılıq edirlər.

6-cı turun görüşlərində aşağıda adları qeyd olunan şahmatçılar qarşılaşacaqlar:

Nazlı Hümbətova - Zeynəb Məmmədyarova

Ayan Allahverdiyeva - Xəyalə Abdulla

Nəsrin Babayeva - Ləman Hacıyeva

Gövhər Beydullayeva - Səbinə İbrahimova

Səbinə Rzalı - Mələk İsmayıl

Gülnar Məmmədova - Ülviyyə Fətəliyeva.

Geri dön