Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə
Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə |
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında magistratura proqramları üzrə birinci kursa ərizə qəbulu iyunun 1-dən 17-dək elektron formada aparılacaq.
MDU-nun Bakı Filialının saytına istinadla xəbər verir ki, ərizələri Filialın https://msu.az/ saytında və ya Dövlət İmtahan Mərkəzinin http://dim.gov.az/ saytında vermək olar. Qəbul imtahanları iyunun ikinci yarısında keçiriləcək. Filialın magistraturasına qəbul imtahanlarının tarixi barədə əlavə məlumat veriləcək. İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında keçiriləcək. İmtahan verənlər imtahan günlərində özləri ilə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: -şəxsiyyəti təsdiq edən sənəd; -Elektron qeydiyyat sistemindən çap edilmiş buraxılış vərəqəsi (imtahan verənin özü tərəfindən imzalanmış halda); -“Sağlamlıq haqqında bəyannamə” (elektron qeydiyyat sistemindən çap edilir). Cari ilin məzunları əgər MDU-nun Bakı Filialının məzunları deyilsə, imtahana qədər müvafiq universitetin (institutun) tədris hissəsindən bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmələri haqqında arayış alaraq pk@msu.az ünvanına göndərməlidirlər. Magistraturaya qəbul qaydaları ilə MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş link üzərindən tanış olmaq mümkündür. Geri dön |