Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Onlar müharibəyə gedəndə bizdən adi “sağ ol” sözü belə istəməyib”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Onlar müharibəyə gedəndə bizdən adi “sağ ol” sözü belə istəməyib”

“Onlar müharibəyə gedəndə bizdən adi “sağ ol” sözü belə istəməyib”


Fərəc Quliyev: “Dünya da görməlidir ki, bu ölkədə hər kəs əsgər kimi yetişir”

Vətən müharibəsi qəhrəmanlarına yeni güzəşt və imtiyazların verilməsi məsələsi gündəmdədir.

Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev ümumilikdə müharibə veteranlarına diqqət və qayğı göstərməyin önəminə diqqət çəkib və bu yöndə atılan addımları təqdir edib:

“Ölkəmizdə həm Birinci, həm də İkinci Qarabağ savaşında iştirak edən veteranlara, şəhid ailələrinə mütəmadi səviyyədə lazımi şəkildə diqqət göstərilir. Ölkə prezidenti bu məsələdə çox həssasdır. Məqsəd həm onları diqqətdə saxlamaq, həm də gələcəkdə insanlarımızın, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini təmin etməkdir. Hər bir gənc başa düşməlidirlər ki, onlar vətənə oğulluq edəcəklərsə, vətən də onlara atalıq edəcək.

Veteranlarımız döyüşə təmənnasız gedib. Onlar bizdən adi “sağ ol” sözü belə istəməyiblər. Gənclərimizin çoxu könüllü şəkildə döyüşə yollanıb. Erməni tərəfindən isə 10 min nəfərdən çox fərari var. Belə müharibə iştirakçılarını dövlətimizin büdcəsinə uyğun olaraq güzəşt və imtiyazlarla təmin etmək təqdirəlayiqdir.

Veteranlara, müharibə qəhrəmanlarına bu cür münasibət cəmiyyətdə vətənpərbərlik tərbiyəsinə öz müsbət təsirini göstərəcək. Bu, həm də dünyaya da bir mesajdır. Bu mesajın mahiyyəti ondna ibarətdir ki, bu dövlət, bu millət əsgərinə sahib çıxır və bu dövlətdə hər kəs əsgər kimi yetişir. Belə bir dövlətin torpağına göz dikmək olmaz”.

Seymur ƏLİYEV/moderator.az

Geri dön