Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanı olduqca ağır günlər gözləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan > Ermənistanı olduqca ağır günlər gözləyir

Ermənistanı olduqca ağır günlər gözləyir


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın və sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur. Ziddiyyətlərin kəskinləşməsi daha ağır nəticələrə səbəb olacaq.

Bu barədə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanda daxili siyasət partlayış təhlükəsi yaradıb. Cəmiyyət vətəndaş müharibəsi ilə üz-üzədir.

Petrosyan deyib: “Əgər Paşinyan və Koçaryan tərəfdarları arasındakı düşmənçilik dayanmasa, nəyin olacağını təsəvvür etmək dəhşətlidir. Hər iki tərəf ölüm və qalım məsələsini həll edir”.

Levon Ter-Petrosyanın fikrincə Ermənistan üçün parlament idarəçilik üsulu ölkənin məhv olacağını göstərir və hökmən prezident idarəçiliyi sisteminə qayıtmaq lazımdır.

O, üçüncü prezident Serj Sarkisyanın parlament sisteminə keçidini ən böyük səhv adlandırıb. Qeyd edib ki, bu, Sarkisyanın öz başına bəla olub.

“Ermənistanı olduqca ağır günlər gözləyir”, – deyə Petrosyan vurğulayıb.

Geri dön