Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > 28 May - Respublika Günü münasibətilə Romada tədbirlər keçirilib
28 May - Respublika Günü münasibətilə Romada tədbirlər keçirilib |
Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə mayın 27-də Roma şəhərinin Villa Borghese parkındakı məşhur Kino Evində İtaliyada Üçüncü Azərbaycan Film Festivalının açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema”, “Zetema”, "Villa Borghese parkı", “RAI Cinema”, "01 Distribution Rai Cinema SpA" kimi qurumların təşkilatçılığı ilə keçirilən festivalın media tərəfdaşları İtaliyanın “Askanews” xəbər agentliyi, "Agenzia Nova" xəbər agentliyi, "InsideOver" analitik portalı, “AzerbaijanNews” xəbər portalı, AZƏRTAC və AzTV-dir. Festivalın açılış mərasiminin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə Romanın qədim tarixi mərkəzindəki "Mercati di Traiano" abidə kompleksinin Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə işıqlandırılmış görüntülərdən ibarət videoklip, eləcə də İtaliya Respublikasının dövlət himninin sədaları ilə Heydər Əliyev Mərkəzinin İtaliyanın bayrağının rəngləri ilə işıqlandırılmış görüntülərdən ibarət videoklip təqdim olunub. Ardınca Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi, İtaliya Parlamentində Kino və Tamaşa Qrupunun sədri deputat Nikola Akunzo, Teti Editore nəşriyyat evinin rəhbəri, politoloq Sandro Teti, Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçelli çıxış ediblər. Natiqlər 28 May -Respublika Gününün və Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin tarixindəki rolu, Azərbaycanın bugünkü reallıqları, Vətən müharibəsində ölkəmizin qələbəsi, Azərbaycan kinosunun tarixi və bu günü, İtaliyada Azərbaycan Kino Festivallarının keçirilməsinin əhəmiyyəti və Üçüncü Festival çərçivəsində təqdim olunacaq filmlər barədə məlumat veriblər. Tədbir Arzu Əliyevanın baş prodüseri olduğu, Bakı Media Mərkəzi tərəfindən lentə alınmış, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salan və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirən “Son iclas” sənədli-bədii filminin nümayişi ilə davam etdirilib. İtaliyada Üçüncü Azərbaycan Film Festivalı 29 may tarixinə qədər davam edəcək. Festivalın ikinci günü italyan tamaşaçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filmi, Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi, sonuncu gün isə "Qırmızı bağ", "Axınla aşağı" və "Təhminə" bədii filmləri nümayiş etdiriləcəkdir. Eləcə də, mayın 27-də Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi tərəfindən Romanın Marriott Grand Hotel Flora otelində 28 May - Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə İtaliyanın hökumət və parlament üzvləri üçün ziyafət təşkil olunub. Tədbirin əvvəlində Azərbaycan və İtaliyanın dövlət himnləri səsləndirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 28 May - Respublika Gününün Azərbaycan tarixindəki önəmindən danışıb, bu il bu bayramın ölkəmizdə Vətən müharibəsində əldə etdiyimiz Qələbə və torpaqlarımızın işğaldan azad edilmiş bir vəziyyətdə qeyd etdiyimizin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycan-İtaliya strateji tərəfdaşlığının güclənməsində son illərdə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı dövlət səfərlərinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin əhəmiyyətini vurğulayıb. Vətən müharibəsi günlərində və ondan sonra İtaliya hökumətinin və parlamentinin sərgilədəyi obyektiv münasibətə, çoxsaylı italyan parlamentarilərı tərəfindən verilmiş bəyanatlara, habelə İtaliyanın hökumət və parlament nümayəndə heyətlərinin Azərbaycana, o cümlədən işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərlərə görə təşəkkür edib. Ölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində mövcud imkanlar barədə danışıb. Ziyafətdə İtaliya tərəfdən əsas qonaq qismində Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano çıxış edib. İtaliyanın dövlət katibi son illər iki ölkə arasında əlaqələrin ən yüksək zirvə əldə etdiyini, bu xüsusda dövlət başçılarının səfərləri də daxil olmaqla, çoxsaylı hökumət və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini, iqtisadi əməkdaşlığın möhkəm əsaslar üzərində qurulduğunu, TAP layihəsinin fəaliyyətə başlamasının bunu daha da gücləndirdiyini bildirib. Vətən müharibəsi bitdikdən sonra Avropa ölkələrindən Azərbaycana ilk hökumət və parlament nümayəndə heyətlərinin məhz İtaliyadan səfər etdiyini, hökumət nümayəndə heyətinə özünün rəhbərlik etdiyini və səfər vaxtı işğaldan azad olunmuş Ağdam şəhərini də ziyarət edərək oradakı dağıntıların şahidi olduğunu bildirib. İtaliya hökumətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərində İtaliya şirkətlərinin iştirakını dəstəklədiyini, bu xüsusda Azərbaycanın aidiyyəti qurumları ilə şəhərsalma və mədəni irsin bərpası ilə bağlı veb missiyaların təşkil olunduğunu bildirib. Azərbaycan və İtaliya arasında mədəniyyət və akademik sahələrdə əməkdaşlığın daha da inkişafının vacibliyini bildirib və Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasının buna böyük töhfə verəcəyini vurğulayıb. Qeyd etmək lazımdır ki, hər iki tədbir İtaliyada COVID-19 ilə bağlı qüvvədə olan sanitar-epidemioloji qaydalara uyğun şəkildə təşkil olunub. Geri dön |