Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > ÜST koronavirusun variantlarını yunan əlifbasının hərfləri ilə adlandıracaq
ÜST koronavirusun variantlarını yunan əlifbasının hərfləri ilə adlandıracaq |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun variantlarını ölkə və region deyil, yunan əlifbasının hərfləri ilə adlandırmaq barədə qərar qəbul edib.
Bu qərar virus variantlarının hansısa bir ölkə və regionla əlaqələndirilməsinin və həmin ərazidə yaşayan insanların diskriminasiyasının qarşısı almağa xidmət edir. Koronavirusun ilk dəfə Hindistanda aşkarlanan B.1.617.2 variantı bundan sonra Delta adlandırılacaqdır. Yeni sxemə əsasən, Böyük Britaniya variantı Alfa, Cənubi Afrika variantı Beta və Braziliya variantı isə Qamma adını daşıyacaqdır. ÜST klassifikasiyasına görə həm yuxarıda qeyd edilən “narahatlıq doğuran variantlar”, həm də “maraq doğuran variantlar” yunan əlifbasının hərfləri ilə ifadə olunacaqlar. Geri dön |