Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çində bir nəfər quş qripinə yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Çində bir nəfər quş qripinə yoluxub

Çində bir nəfər quş qripinə yoluxub


Çinin Ciansu vilayətində bir nəfərin quş qripinə (H10N3) yoluxması aşkarlanıb

Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, aprelin 23-də bədən hərarəti yüksələn Cencian şəhərinin sakini olan 41 yaşlı kişi 5 gün sonra xəstəxanaya yerləşdirilib. Müvafiq analizlər nəticəsində həmin şəxsin H10N3 virusuna yoluxduğu aşkarlanıb. Hazırda onun vəziyyətinin sabit olduğu bildirilir. Onunla yaxın təmasda olanlar tibbi nəzarət altına alınıblar, hələlik onlar arasında yolxuma və anomal hal qeydə alınmayıb.

Səlahiyyətli qurumlar virusun həmin şəxsə ev quşlarından keçdiyini və yoluxmaların epidemik hala keçmək riskinin çox aşağı olduğunu güman edirlər.

Qeyd edək ki, indiyədək dünyada aşağı patogenli H10N3 virusuna insanlar arasında yoluxma qeydə alınmayıb.

Geri dön