Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Türkiyədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir
Türkiyədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir |
Türkiyədə ölkə əhalisi arasında piylənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın araşdırmalarının nəticəsi açıqlanıb. İki il yarım davam edən tədqiqatların nəticələrinə dair hazırlanan hesabata əsasən, qardaş ölkədə hər üç nəfərdən biri artıq çəkidən əziyyət çəkir ki, bu da ümumi əhalinin təxminən 34 faizini təşkil edir.
Hesabatda piylənmə fərdin çəkisi, boyu, cinsiyyəti və irqi xüsusiyyətləri ilə təyin olunan dəyərlərin normadan üstün olduğu ciddi və xroniki bir xəstəlik olaraq qiymətləndirilir. Bundan əlavə artıq çəkinin ən asan görüləcək və eyni zamanda ən asanlıqla nəzərdən qaçacaq qlobal ictimai sağlamlıq problemi olduğu da müəyyən edilib. Qeyd olunub ki, problemin aradan qaldırılması üçün fizioloji və psixoloji mütəxəssislərin kompleks şəkildə fəaliyyəti mütləqdir. Hesabatda artıq çəkinin səbəb olduğu xəstəliklər arasında ürək-damar, tənəffüs yolları, diabet və ümumilikdə endikrinoloji, depressiya və bu kimi bir sıra psixoloji problemlər yer alır. Geri dön |