Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İmişlidə kümçülər ilkin mərhələdə 200 kiloqram yaş barama təhvil veriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İmişlidə kümçülər ilkin mərhələdə 200 kiloqram yaş barama təhvil veriblər

İmişlidə kümçülər ilkin mərhələdə 200 kiloqram yaş barama təhvil veriblər


İmişlidən olan kümçülər artıq barama tədarükünə başlayıblar. İkin mərhələdə baramaçılar tərəfindən 200 kiloqram məhsul toplanaraq təhvil verilib. Rayon üzrə 10 ton məhsul tədarükü proqnozlaşdırılır.

Bir neçə gündür İmişli rayonunda barama tədarükünə başlanılıb. Ötən illər ərzində baramaçılıq üzrə təcrübə toplayan kümçülər bu il də ənənəyə sadiq qalaraq yüksək məhsul əldə etmək əzmindədirlər.

Rayonun Muradallı kənd sakini Rahilə Baxışova söyləyir ki, toxumların pulsuz olaraq yerlərdə kümçülərə çatdırılması, eyni zamana, məhsulun təhvil alınması baramaçılığa olan marağı artırır. Baramaçılıq gəlirli sahə olduğu üçün müsahibimiz ilk dəfə olaraq 25 qram toxum götürərək bəsləməyi qərara alıb. Nəticə isə yüksəkdir. Artıq qurdlar pup sarıma dövründədir. Kümçü Rahilə xanım 25 qram toxumdan 70 kiloqrama qədər məhsul toplamağı düşünür.

Baramadan əlavə qazanc edən digər bir kümçü isə Elmir Şirinovdur. O bildirir ki, bu sahə çox sərfəlidir. Ötən illər baramadan kifayət qədər qazanc əldə edən təsərrüfat sahibi bu il daha çox toxum götürdüyünü söyləyir. Cari ildə 100 qram toxumdan 250 kiloqram məhsul tədarük etməyi planlaşdıran kümçü indidən hədəfinin 60 faizinə nail olduğunu deyir. O, yaxın 10 gün ərzində qarşıya qoyulan məqsədə nail olacağını vurğulayır.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səlim Məhərrəmovun verdiyi məlumata görə, 2020-ci ildə rayon üzrə 113 kümçüyə 420 qutu olmaqla, 7 kiloqram 980 qram toxum paylanılıb. Ötən il bəzi çətinliklər olduğu üçün 7 ton 728 kiloqram məhsul tədarük olunmuşdu. Cari ildə isə 134 kümçüyə 250 qutu olmaqla, 4 kiloqram 750 qram toxum paylanılıb. Hədəf 10 ton məhsul tədarük etməkdir. Artıq rayon üzrə 200 kiloqram məhsul toplanılaraq təhvil verilib.

Baramaçılığın əsas inkişafı tut bağlarından asılıdır. Son 5 ildə Çindən gətirilərək əkilən tut tingləri də baramaçılığın inkişafına müsbət təsir edir. Belə ki, ümumilikdə, rayonun müxtəlif ərazilərində 67 min tut tingi əkilib. 2016-cı ildə əkilən tut ağaclarından artıq yem məhsulu kimi istifadə edilir.

Geri dön