Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars şovinist rejimi türk abidələrinə qarşı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Fars şovinist rejimi türk abidələrinə qarşı

Fars şovinist rejimi türk abidələrinə qarşı


130 ildən çox yaşı olan abidə yola «qurban verilir»


İran Xəzər dənizi ətrafında olan tarixi türk abidələrini məhv edir. Bu barədə məlumatı Güney Azərbaycan saytları yayıb. «Baybak» xəbər verir ki, Amul şəhəri yaxınlığındakı 8 metr uzunluğu, 3 metr hündürlüyü olan daş üzərində oyma məhvolma təhlükəsilə üzləşib. İranın Mədəni İrs və Tarixi Abidələri Qoruma İdarəsinin rəsmi məlumatına görə, hücum zamanı daş abidədə əks olunan bəzi simalar qoparılıb, daşın özündə isə böyük çatlar əmələ gəlib. Ancaq hücumun kim tərəfindən və niyə törədildiyi barədə məlumat verilməyib. Sözügedən tarixi əsər yerli əhali arasında «Şah şəkli» adı ilə tanınır. Daş üzərində oymadan ibarət olan əsərin yaradılması Qacarlar sülaləsinin tanınmış nümayəndəsi olan Nəsrəddin şahın adı ilə bağlıdır. Bölgəyə səfərindən sonra yolda üzləşdiyi çətinlikləri aradan qaldırmaq tapşırığı verən şahın əmri ilə əraziyə yol çəkilib. Daha sonra bu barədə daş üzərində oymadan ibarət olan əsər hazırlanıb. Daşın üzərində isə şahın öz şəkli ilə bərabər, yolun çəkilməsinin çətinliklərindən bəhs edən şeir də yazılıb. Əsər 1878-ci ilə aiddir. Ancaq əraziyə turist axınının qarşısını almaq və bölgədən türk izlərini silmək üçün İranda inqilabdan əvəvəl hakimiyyətdə olan Pəhləvi rejimi bölgədən keçən yolun istiqamətini dəyişdirib. Köhnə yol isə tamamilə bərbad vəziyyətə düşüb. Hazırkı hakimiyyət isə yolu təmir etmək və genişləndirmək adı ilə dağın partladılması və ərazidən axan çayın doldurulması təklifi üzərində işləyir.

Geri dön