Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Culfa rayonunda tibbi müayinələrdən keçirilənlərin sayı 250 nəfəri ötüb
Culfa rayonunda tibbi müayinələrdən keçirilənlərin sayı 250 nəfəri ötüb |
“Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin müxtəlif ixtisaslı 10 həkimdən və EKQ üzrə tibb bacısından ibarət tibb heyətinin iştirakı ilə Culfa rayonunda humanitar tibbi aksiya keçirilib.
Növbəti aksiyada otorinolorinqoloq 18, dermatoveneroloq 24, oftalmoloq 15, invaziv kardioloq 35, terapevt isə 18 pasiyenti müayinədən keçirib. Xəstəxanaya müraciət edənlər, həmçinin endokrinoloq, nevropatoloq, ürək-damar cərrahı, ümumi cərrah, nefroloq tərəfindən də müayinələrlə əhatə olunublar. 30 nəfər isə elektrokardioqrafiya müayinəsindən yararlanıb, onlara tibbi göstərişlər verilib. Axşam saatlarınadək davam edən humanitar tibbi aksiyada, ümumilikdə, 252 nəfərin müayinəsi həyata keçirilib. 3 nəfər müalicə üçün Diaqnostika Müalicə Mərkəzinə dəvət olunub. Culfa rayonunun Ərəfsə kəndindən Şahin Həsənov, Culfa şəhərindən Çərkəz Sultanov, Sura Məmmədova başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər. Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Geri dön |