Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: “Ölkədə narkomaniya tüğyan edir, hər gün 13 narkoman həyatını itirir”
İran rəsmisi: “Ölkədə narkomaniya tüğyan edir, hər gün 13 narkoman həyatını itirir” |
O deyib ki, hazırda İran İslam Respublikasında 5 milyona yaxın narkoman var.
“Hazırda ölkədə 2 milyon 800 min nəfər mütəmadi olaraq hər gün müxtəlif narkotik maddələrdən istifadə edir. Həmçinin 1 milyon 600 min nəfər də vaxtaşırı, bəzən də əyləncə olaraq narkotik maddələrdən istifadə edirlər. Bununla da demək olar ki, hazırda ölkə narkomanlarının sayı ən azı 4 milyon 400 min nəfərdir. İranda narkomanların ən çox istifadə etdiyi narkotik maddələr Tiryək, heroin, həşiş, şişə və insan psixikasına birbaşa təsir edən digər təhlükəli narkotik maddələridir. Təəssüflər olsun ki, ölkədə hər il 5 min nəfərə yaxın insan narkotok maddələrdən ölürlər. Bununla da demək olar ki, İranda hər gün təxminən 13 narkoman öz həyatını itirir. Narkotik maddələrdən istifadə edənlərin isə 22 faizindən çoxu, fəhlə və kasıb təbəqəsindən olanlardır. Həmçinin narkotik istifadəçilərinin 2 faizini orta məktəb şagidləri, 5 faizini isə tələbələr təşkil edir”, -deyə İranda Narkotik Maddələrlə Mübarizə Qərargahının müalicə və sosial dəstək üzrə baş direktoru Rza Toyserkan Məneş bildirib. Ölkədə narkomaniyanın tüğyan etdiyini və gündən-günə daha geniş yayıldığını bildirən Toyserkani Məneş bu ictimai problemin təhlükəli həddə çatmasının səbəbini açıqlamayıb. Geri dön |