Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneyli fəalın “Biz birik” yürüşü Astarada sona çatıb
Güneyli fəalın “Biz birik” yürüşü Astarada sona çatıb |
Ərdəbilli fəal bu barədə iyunun 2-də özünün “İnstagram” hesabında etdiyi paylaşımda xəbər verib. O, 75 kilometrlik “Biz birik” yürüşünün başa çatdığını bildirib.
O, yolu boyu gördükləri barədə təəssüratını qeyd edib. Qeyd edək ki, Meysəm Colani Astara hadisələrinin arxasında gizlənmiş pis niyyətlərə etiraz əlaməti olaraq iyunun 1-i səhər saatlarında barış, birlik və dostluq nümayişi olaraq Ərdəbildən Astaraya doğru yürüşə başlayıb. Ərdəbilli fəal iyunun 2-də Astaraya çatıb və şəhər əhalisi tərəfindən hörmətlə qarşılanıb. Meysəm Colani yol boyu bir çox vətəndaşların avtomobillərini saxlayaraq yürüşün məqsədi barədə maraqlandıqlarını və onlara bu barədə ətraflı cavab verdiyini qeyd edib. Ətraf mühit fəalı yol üstü polis postlarından birində polislər tərəfindən saxlanıldığını, inzibati binaya dəvət etdldiyini, yürüşünün məqsədi barədə maraqlandıqlarını və cavab aldıqdan sonra ona təşəkkürlərini bildirib və onunla xatirə fotoları çəkdiklərini yazıb. O, Heyran gədiyində 2 kilometr boyunca atılan məişət tullantılarını toplayıb. Milli fəalın sözlərinə görə, Astaraya çatanda onu qarşlayanlar arasında jurnalistlər də olub. Onlardan biri yürüşlə bağlı reportaj hazırlayacağını və mətbuatda yayınlayacağını bildirib. "Havanın temperaturu yüksək olsa da yürüşün yorğunluğunu Astara əhalisinin xoş qarşılaması və qonaqpərvərliyi unutdurdu"-deyə, Meysəm Colani bildirib. Qeyd edək ki, bir neçə gün öncə panfarsist cərəyanlara bağlı qeyri-türk şəxslər Astarada təxribat törədib. Beləki öyrədilmiş şəxslər ərdəbillilərə qarşı kobudluq edib və onları döyüb. Bu şəxslər özlərini türk kimi qələmə verərək məqsədli şəkildə Ərdəbil və Təbriz türklərini təhqir ediblər. Güney Azərbaycanın milli-mədəni fəalları isə anti-türk cərəyanların və təşkilatların fitnəkar planlarını zərərsizləşdirmək üçün kampaniya başladıblar. Hadisə ilə bağlı bu gün mətbuata açıqlama verən Astara şəhərinin polis rəisi 7 nəfərin Astarada, 5 nəfərin isə Ərdəbildə saxlanıldığını bildirib. Geri dön |