Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə tarixi bina baxımsız qalıb: Bağır xanın evi bərbad vəziyyətdədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə tarixi bina baxımsız qalıb: Bağır xanın evi bərbad vəziyyətdədir

Təbrizdə tarixi bina baxımsız qalıb: Bağır xanın evi bərbad vəziyyətdədir


Ötən il Şərqi Azərbaycan əyalətinin Şəhərsalma və Memarlıq Komisiyasının başçısı Fridun Babayi Əqdəm də bu barədə danışmış. O, Bağır xanın evini ziyarət edərkən bu dəyərli tarixi binanın satın alındığını, bölüşdürmə planına uyğun olaraq evin 650 kvadratmetr 550 kvadratmetr və bir küçəyə bölündüyünü bildirmişdi.

Babayinin dediynə görə, Təbrizin 8-ci bölgə bələdiyyəsinin qeyd olunan evin 650 kvadratmetrinə sahiblik hüququ var. Ancaq Mədəni İrs Təşkilatı üçüncü hissənin küçə kimi ayrılmasına razılıq verməlidir.

O bildirib ki, Mədəni İrs Təşkilatı qeyd olunan iki hissənin alındığından sonra Bağır xanın evinin yenidən qurulmasına razılıq vermişdi.

Ötən ilin sentyabr ayında Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatının Baş direktoru Əhməd Həmzəzadə Bağır xanın evinin alınması barədə Təbriz bələdiyyəsi ilə anlaşdıqlarını elan etmişdi. Ancaq bu günə kimi bunun həyata keçirildiyi haqda mətbuatda heç bir məlumat yayılmayıb.

Əhməd Həmzəzadənin verdiyi vədin üstündən təxminən 9 ay keçir. Əhali maraqla Bağır xanın evinin ərazisində yerləşən üç sahənin mülkiyyətinin son vəziyyəti barədə hesabat gözləyir.

Təbrizin yerli mətbuatı mövzunu diqqətdə saxlayır. Qeyd olunur ki, bu il Məşrutə Hərəkatının ildönümünə kimi bu tarixi abidənin yenidənqurulmasına başlanılacağına ümid edilir.

Xatırladaq ki, Məşrutə hərəkatının başçılarından olan Bağır xanın evi yarı uçulu vəziyyətdədir.

Təbrizin Xiyavan məhəlləsinin Salar küçəsində yerləşən tarixi abidə son illərdə zibilliyə və narkotik maddə aludəçilərinin toplaşdığı məkana çevrilib.

Qacarlar dövrünün yadigarı olan binada 2019-cu ildə yanğın baş verib, lakin hələ də yenidənqurma və təmir işləri aparılmayıb.
Qeyd edək ki, İran rejimi məsullarının laqeydliyi və ögey münasibəti nəticəsində Güney Azərbaycanın tarixi abidələrinin bir çoxu dağılmaqdadır.

Əlaqədar qurumların yerli məsulları azərbaycanlı fəalların məsələ ilə bağlı müraciətlərinə laqeyd yanaşır, “mərkəzdən vəsait ayrılmadığı üçün yenidənqurma işləri aparıla bilmir”-deyə, bəhanə gətirirlər.

Geri dön