Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Makronun ikiüzlü çağırışları: Həm yalvarır, həm təzyiq edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Makronun ikiüzlü çağırışları: Həm yalvarır, həm təzyiq edir

Makronun ikiüzlü çağırışları: Həm yalvarır, həm təzyiq edir


İyunun 1-də Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşündə deyib ki, Fransa sülhün bərpasına və Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına yardım edəcək. Həmçinin o, qeyd edib ki, sərhədlərin müəyyənləşməsi prosesi yalnız danışıqlar yolu ilə və güc tətbiq etmədən həyata keçirilməlidir.
İyunun 3-də Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın milli bayramı münasibətilə gecikmiş bir təbrik ünvanlayıb. Makron məktubda bildirib ki, davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Amma necə?..

Qısası biz istəməsək də, Fransa mehriban düşmənçiliyində israrlı olduğunu bildirir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Fərəc Quliyev bizimyol.info-ya bildirib ki, bir-birlərini bacı adlandıran Fransa və Ermənistan münasibətlərinin kökündə sevgi yox, fərqli maraqlar dayanır.

“Fransa Qafqaza qayıtmağı hədəfləyib və Ermənistandan maşa kimi istifadə edir. Söhbət Fransanın Ermənistana olan sevgisindən getmir. Əlbəttə Ermənistanla Fransa arasında xüsusi münasibt var, onlar bir-birilərini bacı adlandırırlar, amma məsələnin kökündə daha ciddi faktorlar dayanır. Türkiyənin Qafqaza gəlməsi Fransanın ciddi narahatlıqlarına səbəb olub və özü də bu bölgəyə soxulmaq üçün bəhanələr axtarır. Fransa Türkiyə ilə rəqabətdə bir sıra regionlarda öz mövqeyini itirdi. Liviyada, Ağ dənizdə, Suriyada, İraqda, Türkiyənin dominant olduğunu qəbul etmək məcburiyyətinə düşdü. Müəyyən ittifaqlar yaradıb, Yunanıstanı qabağa verdilər, təzyiq etdilər, bu da alınmadı. Ona görə, Fransa indi Qafqazda hücuma keçmək istəyir və bu çağırışlar ona yönəlib. Tarixən Türkiyəyə və Ermənistana qarşı olan xüsusi münasiətlər hadisələrin bugünkü mənzərəsinin yaranmasında rol oynayıb. Əslində Fransa Minsk qrupunun üzvü olmasına baxmayaraq, heç zaman bitərəf olmadı, yalnız Ermənistanın tərəfini tutdu. İndi də absurd açıqlamalar verərək yersiz addımlar atır.

Əvvəla, Minsk qrupuna sərhədlərin delimitasiyası və demorkasiyası ilə bağlı mandat verilməyib. Minsk qrupuna verilən mandatın müddəti də bitib, çünki münaqişə bitib. Azərbaycan Prezidenti də bildirdi ki, humanitar məsələlərdə, postmühiribə dövründə 2 dövlət arasında müəyyən anlaşmaların ortaya çıxmasında, münasibətlərin sahmana salınmasında təkliflər olarsa, versinlər, baxarıq, lazım gələrsə, yeni mandat verilə bilər. Prezident son dəfə ATƏT-in Minsk qrupunun üzvlərinə açıq mətnlə “mən sizi çağırmamışam” dedi. Buna baxmayaraq, Fransann yersiz müdaxiləsi, “sərhədlərdən çəkilin” deməsi həddini aşmaqdır. Əslində sərhədlərin müəyyən edilməsi özü sülhə doğru atımış addımdır. Sərhəddə qeyri-müəyyənlik olması gələcəkdə yeni alovlanmalara səbəb ola bilər . Buna görə də, bizim sərhədlərimizi müəyyən etmək istəyimiz normal qarşılanmalıdır. Azərbaycan və Ermənistran BMT-yə daxil olanda sərhədləri tanınıb və indi görülən tədbirlər məhz həmin tanınan sərhədlər çərçivəsində həyata keçirilir.

Bu gün Fransa prezidentinin Azərbaycan Pezidentinə göndərdiyi məktubun mətninə nəzərə salsaq, bir yalvarış, Qafqaza nə yolla olursa, olsun gəlmək cəhdini görürük. Üstəlik, bir neçə məqam var. YUNESKO irsinin qorunmasına çağırış edir. Bizim kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz yerli-dibli məhv edilib və bu ərzilərdəki məscidərimiz, tarixi abidələrimiz yer üzündən silinib, təhqir edilib. 30 il ərzində bu barədə bir kəlmə deyilməyib və Makronun budəfəki məktubunda da bu barədə bir kəlmə yoxdur. İndi hansısa irsin qorunması ilə bağlı müdaxilə edir. Və ya məktubda toxunulan hərbi əsir söhbəti. Bizdə hərbi əsir yoxdur, atəşkəsdən sonra Azərbaycana soxulan hərbiçilər əsir sayılmır. İstintaq gedir və qanun qarşısında cavab verməlidirlər. Bu belə qiymətləndirilməlidir. İllər öncə Fransada partlayış törətmiş terrorçuya görə Avropa liderləri qol-qola girərək etiraz aksiyası keçirmişdilər. Amma Azərbaycana qarşı bunu edənləri hərbi əsir kimi geri tələb edirlər. Fransa həm təzyiq, həm yalvarışla bölgəyə qayıtmaq istəyir. Amma onun ədalətsiz münasibəti bunu mümkünsüz edir. Minsk qrupu bitib, demarkasiya və delmitasiya ilə bağlı heç kimə mandat verilmyib. Qalan münasibətlərimizin inkişafı da Fransanın nə qədər ədalətli olması, bundan sonra beynəlxalq konvensiyalara riayət etməsindən asılı olacaq. Fransa ədalət axtarırsa, “Azərbaycan qoşununu geri çəkməlidir” deyrsə, Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi ilə bağlı niyə susur? Onun dəstəyi Ermənistanın təhdidlə danşamsına, münaqişənin yenidən alovlanmasına rəvac verir. Sülhü təşviq edən çağırışlar etməyənə qədər Fransanın çağırışlarının bizim üçün heç bir əhəmiyyəti yoxdur”,- deyə Fərəc Quliyev bildirib.

İlhamə Rəsulova/bizimyol.info

Geri dön