Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ÜMT: Bu yay havanın temperaturu orta statistik göstəricilərdən yüksək olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > ÜMT: Bu yay havanın temperaturu orta statistik göstəricilərdən yüksək olacaq

ÜMT: Bu yay havanın temperaturu orta statistik göstəricilərdən yüksək olacaq


La-Ninya adlanan qlobal təbiət hadisəsi başa çatsa da, növbəti bir neçə ay ərzində Sakit okeanın tropik hissəsində “neytral” hava şəraiti davam edəcək. Bu yay aylarında, xüsusən Şimali yarımkürəsində havanın temperaturunun orta statistik göstəricilərdən yüksək olacağı gözlənilir.

BMT-nin xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bəyan edib.

Şərqi Avropa, Aralıq dənizi və Şimali Amerika da daxil olmaqla, dünyanın bir çox yerlərində yağıntıların orta göstəricilərdən aşağı olacağı gözlənilir.

Bununla yanaşı, ekspertlər bildirirlər ki, hazırda bütün təbii iqlim hadisələri insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi kontekstində baş verir. “Qlobal istiləşməyə gətirib çıxaran karbon qazının konsentrasiyası hazırda rekord səviyyədədir. ÜMT-nin verdiyi yeni proqnozlara əsasən, 2021-ci ildən 2025-ci ilədək olan müddətdə ən azı bir il bütün müşahidə tarixi ərzində rekord səviyyədə isti keçəcək”, - deyə ÜMT-nin rəhbəri Petteri Taalas söyləyib.

Geri dön