Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranda 3 küçənin adı erməniləşdirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranda 3 küçənin adı erməniləşdirildi

Tehranda 3 küçənin adı erməniləşdirildi


Küçələrə 3 erməninin: Vartan Aqaxaniyan, Akfred Gəbri və Pablak Avdiyanın adını verib.

Tehranın erməni icmasının başçısı paytaxt rəhbərliyinin bu qərarını təqdir edib. O, bildirib ki, adı küçələrə verilən ermənilər İran-İraq müharibəsində həlak olanlardır.

Qeyd edək ki, son aylar İran hökumətinin erməni sevgisi güclənib. İkinci Qarabağ müharibəsindən sonra hökumət Tehran və İsfahanda bir neçə küçənin adını dəyişdirib və onlara erməni adı qoyub.

Şəhid Zarei küçəsi “Haraç Turusiyan”, Şəhid Mədəni “Herand Avanesiyan”, Şəhid Məhdəvi “Zorik Muradiyan”a dəyişdirilib və s.

Qarabağın azad olunması uğrunda əməliyyat getdiyi vaxt İsfahan bələdiyyəsi “erməni şəhidlərinin adlarını əbədiləşdirilməsi” barədə qərar qəbul edib.

Onlar bunu İran-İraq müharibəsində həlak olan ermənilərin xatirələrinin əbədiləşdirilməsi ilə əlaqələndirirlər.

Lakin bu layihənin İran-İraq müharibəsindən uzun illər keçdikdən sonra həyata keçirilməsi haqlı sualalr yaradır.

Geri dön